Qaradağda ağır qəza - Ölən qadının 2 uşağının halı pisləşdi+Yenilənib

qaradagda-agir-qeza
Oxunma sayı: 13019

Bu gün səhər saatlarında Qaradağ rayonunda avtobusun aşması nəticəsində 1 nəfər sərnişin dünyasını dəyişib.

Bunu “Qafqazinfo”ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev deyib.

O qeyd edib ki, hadisə Bakı-Qazax yolunun 21-ci kilometrliyində 90-OJ-802 DQN yük maşını 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb.  “Yük maşını gəldiyi sürətlə avtobusa çırpılıb. Nəticədə avtobus bir neçə dəfə aşıb. Polisin ilkin verdiyi məlumata görə, hadisəyə səbəb yük maşınının sürücüsünün yuxulaması olub.

Nəticədə 1 nəfər ölüb, xəsarət alanlar isə şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib. Biz də hazırda hadisə yerindəyik”.

***

Qafqazinfo” xəsarət alanların vəziyyəti ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovla əlaqə saxlayıb. O bildirib ki, hazırda xəstəxanaya çatdırılanlan yaralıların vəziyyəti stabildir: “Xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 2 nəfər Ələtdə poliklinikaya müraciət edib, xəsarətləri yüngüldür. yerləşdirilib, 3 nəfərə yerindəcə ilkin yardım göstərilib, onların da xəsarətləri yüngüldür. Bir qadın isə qəzadan dərhal sonra dünyasını dəyişib.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Qafqazinfo"ya bildirib ki, ölən qadının iki uşağı qəzadan sonra evə aparılsalar da, sonradan vəziyyətləri pisləşdiyi üçün təcili tibbi yardımla Kliniki Tibbi Mərkəzə gətiriliblər. Hər iki uşaq kəllə-beyin travması alıb. Hazırda digər xəstələrin vəziyyəti orta ağır qiymələndirilir. 

Günel Türksoy

Günel Hacı

Fotolar: Elxan Qəniyev