“Qlobal Araşdırmalar Mərkəzi” yaradıldı

qlobal-arasdirmalar-merkezi-yaradildi
Oxunma sayı: 659

“Qafqazinfo”nun verdiyi xəbərə görə, QAM-ın məqsədi Azərbaycanının dinamik inkişafı və dünya iqtisadiyyatına uğurla inteqrasiyası, qloballaşma şəraitində araşdırmaların aparılması, idarəetmə prosesinin təkmilləşdirilməsinə dair proqnozların verilməsi, cəmiyyətdaxili sosial-siyasi vəziyyətin təhlil olunması, sosioloji sorğuların keçirilməsi və respublikanın müvafiq qurumları tərəfindən aparılan strateji xarakterli tədqiqatların əlaqələndirilməsi, habelə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı informasiya qarşıdurmasında Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mötəbər elmi konsepsiyaya əsaslanan genişmiqyaslı proqramların həyata keçirilməsidir.

QAM məqsədlərinə çatmaq üçün bir neçə işləri görməyi nəzərdə tutur: “Azərbaycan da daxil olmaqla, Yaxın Şərq regionunun və post-sovet ölkələrinin ictimai-siyasi, elmi-mədəni, sosial-iqtisadi vəziyyətini, eləcə də mədəni irsini, tarixini, adət-ənənələrini, münasibətlər sistemini öyrənmək, kütləvi informasiya vasitələri ilə sülh və demokratik yaşamın imkanlarını təbliğ etmək, bu sahədə elmi tədqiqatlar aparmaq, dünyada və regionda baş verən hadisələri öyrənmək, təhlil etmək və araşdırmalar apararaq, nəticələri haqqında ictimayyəti məlumatlandırma, qloballaşma prosesini izləmək və bu prosesdə Azərbaycanın və region dövlətlərinin rolunu öyrənmək, Şərq-Qərb qarşılıqlı münasibətlərini öyrənmək, mövcud problem və perspektivləri təhlil etmək, bu münasibətlərin və sisvilizasiyalararası dialoqun inkişafına yardım etmək, region xalqları arasında əlaqələrin inkişafına yardım etmək, Vətəndaş cəmiyyətinin inkişafına dəstək olmaq”.

Göstərilən işləri görmək üçün QAM müxtəlif dəyirmi masalar, seminarlar, sosioloji sorğular, elmi konfranslar, simpoziumlar, elmi disputlar keçirməyi planlaşdırır.

Qeyd edək ki, Qlobal Araşdırmalar Mərkəzinin sədri Ankara Universitetinin Hüquq üzrə doktorantı Lalə Muradova seçilib.