Rövşən Lənkəranski Moskvadan getdi

rovsen-lenkeranski-moskvadan-getdi
Oxunma sayı: 645

Rusiyada avtoritet Aslan Usoyanın öldürülməsindən sonra onun klanına daxil olmayan “qanuni oğrular” paytaxtı tərk etməyə başlayıblar.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, hüquq mühafizə orqanlarından bir mənbənin verdiyi xəbərdə deyilir ki, artıq yanvarın 17-dən bir qrup “qanuni oğru” Moskvanı tərk edib. Onlar Rusiyanı tərk edərək tranzit ölkə kimi Belarusdan istifadə etməklə xarici ölkələrə üz tuturlar.

Mənbənin sözlərinə görə, avtoritetlər Ded Həsənin tərəfdarlarının qisas obyekti olmaqdan çəkinirlər. Ölkəni tərk edənlərin arasında Djemo Mikaledzo, Merab Djanqveladze və Rövşən Canıyevin adı çəkilir. Faktı nüfuzlu avtoritetlərdən birinin vəkili də təsdiqləyib.