Rusiyada ovçu itin açdığı atəşdən ölüb

rusiyada-ovcu-itin-acdigi-atesden-olub
Oxunma sayı: 1866

Rusiyanın Krasnokutsk rayonunda ovçu itin açdığı atəş nəticəsində ölüb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 64 yaşlı kişi iki itini də ov üçün özü götürüb. Heyvanlar oynamağa başlayanda onlardan birinin pəncəsi ov silahının tətiyinə ilişib. Açılan atəş nəticəsində ovçu qarnından yaralanıb. Kişi xəstəxanaya yerləşdirilsə də, bir saat sonra dünyasını dəyişib.