“Səhər şousunda belə mesaj ötürməyə çalışırıq” - Araz FM

seher-sousunda-bele-mesaj-oturmeye-calisiriq-araz-fm
Oxunma sayı: 2453


- Səxavət bəy, öncə səbəbkarın yəni Araz 103.3 fm-in yaranma tarixi və fəaliyyəti barədə məlumat alaq.

- Radiomuz ilk dəfə iki il bundan əvvəl 4 aprel 2011-ci il tarixində efirə çıxdı. O zaman radiomuzun formatı əsas olaraq, informasiya, xəbər yayımlayıcı idi. Əyləncə az idi. Amma bir il sonra formatımızı dəyişdik, əyləncəni artırdıq, musiqiyə daha çox yer ayırdıq. Bu gün bizim efirimizdə düyna miqyasında ən populyar, hit olmuş, eləcə də Azərbaycan mahnıları, pop musiqilər səsləndiririk. Radiomuz 24 saat işləyir. Gün ərzində səhər saat 8-dən axşam saat 8-ə qədər verlişlərimiz var. “Non stop” musiqi saatlarımız çoxdur. Əyləncəli verilişlərimiz olduğu kimi, (məsələn, səhər şousu, axşam şousu) bundan əlavə bizim həm də intelektual-maarifləndirici verilişlərimiz də var. Dj Surxayın təqdim etdiyi “Play box” sırf intelektual səpkidə verilişdi. Yəni orda dinləyicilərimizin intelektual səviyyəsini artırmaq üçün maraqlı yarışmalar keçirilir. Qadınlara ünvanladığımız verilişimiz var ki, Dj Kəmalənin təqdimatında yayımlanır, elə adı da “Qadınlar”dır. Ümumiyyətlə əyləncədə, hətta səhər şousunda belə maarifləndirməyə, bir mesaj ötürməyə çalışırıq. Çünki, birbaşa maarifləndirmək bir az çətindir, amma o maarifləndirməni əyləncənin içinə qatanda, onu dinləyici daha rahat həzm edir. Belə deyək də, düzgün istiqamət verməyə, intelektual səviyyərini daha da artırmağa çalışırıq.

-Sizin öz verlişiniz və burda vəzifəniz nədir?

- Mən radionun baş redaktoruyam. Bizim radionun bir layihəsi vardı, “İmza və mən” verlişi. Xəzər TV-də də yayımlanırdı. Bu bizim radiomuzun piar aksiyası idi, 6-7 ay efirdə olduq, artıq yekunlaşdırdıq. Hazırda daha bir layihə üzərində işləyirik. Radiomuzun “Mən-Siz” verlişi vardı, mənim hazırladığım, indi onun televersiyasını hazırlayırıq.

-Dinləyicilərə sözünüz, burada işləyən kolleqalarınıza, əməkdaşlarınıza təbrikləriniz.

- Mən ümumi kolleqalarım deyəcəm... Bilmirəm başqa radiolarda işləyən kolleqalarım bu günü bizim kimi şad olub, bayram olaraq qəbul edərlər ya yox, amma mən ən azından Azərbaycanda olan bütün FM radiostansiyaların doğum gününü, hansı radionun nə vaxt yarandığı günü bilirəm. Çünki mən radionu çox sevirəm, uşaqlığımdan sevirəm. Həmişə bütün radiostansiyaları gün ərzində dinləyir, izləyirəm. Bütün bizim radiolarda çalışanlar bizim dostlarımız, qardaşlarımızdır. Hələ ki, heç birindən zənglər, təbriklər gəlməyib, amma güman edirəm ki, bu gün ərzində zənglərini, təbriklərini alacağıq.

-Necə ildir dj-lik edirsiniz?

- 1998-ci ildən. Mən dinləyicilərimizi təbrik edirəm. Çünki biz dinləyicilərimiz üçün çalışırıq, bizdən çox onların bayramıdır. Və əgər bu gün onlar gün ərzində bizə sevgi dolu mesajlar, məhəbbət dolu zənglər ediblərsə, mən bilirəm ki, bu səmimidir və bu bizim zəhmətimizin nəticəsidir. Nə yaxşı ki, onlar var. Eyni zamanda şirkətimizin hər bir işçisini təbrik edirəm.


P. S.
Biz də “Qafqazinfo” adından həmkarlarımızı təbrik edirik.