Şəmkirdə regional QHT-lər üçün təlim keçirilib

semkirde-regional-qht-ler-ucun-telim-kecirilib-
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzində keçirilən tədbirdə regionda fəaliyyət göstərən 17 rayon təşkilatının rəhbərləri və mühasibləri iştirak edib. Şura katibliyinin əməkdaşı Tofiq Həsənov layihələrin idarə edilməsi və hesabatlılıq məsələləri barədə danışaraq qeyd edib ki, QHT-lərin Milli Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun şəkildə hesabat verməsi çox vacibdir, çünki əks-təqdirdə onlara qarşı cərimə sanksiyaları tətbiq edilə bilər. T.Həsənov ötən ilin yekunları ilə bağlı QHT-lərin Maliyyə Nazirliyinə təqdim etdikləri hesabatların vəziyyətilə də bağlı QHT rəhbərləri və mühasiblərinə məlumat verib.

Tədbirdə səsləndirilmiş suallara ətraflı cavab verilib.