Şeyx İlham Əliyevə hədiyyə verdi

seyx-ilham-eliyeve-hediyye-verdi
Oxunma sayı: 642

Cümə məscidi ilə yaxından tanış olan dövlət başçısına burada görülmüş işlər barədə məlumat verilib.

Dövlət başçısı Cümə məscidinin 1902-ci il zəlzələsindən sonrakı, təmirdən əvvəlki və sonrakı, eləcə də yenidənqurma işlərinin gedişini əks etdirən stendlərə baxıb.

Məsciddə qonaqlarla, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşən İlham Əliyev çıxış edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə dini abidələrimizin qorunub saxlanılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib və “Qurani-Kərim” hədiyyə edib.

Sonra Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri İsmayıl Berdiyev, Çeçenistan Respublikasının müftisi Soltan Mirzayev və Şamaxı ağsaqqalı Məcid Şikərov çıxış ediblər.

Azərbaycan Prezidenti və qonaqlar çay süfrəsi ətrafında söhbət ediblər.