Şirvanda hərbi zavodda yanğın oldu - 2 nəfər yaralandı

sirvanda-herbi-zavodda-yangin-oldu
Oxunma sayı: 5039

Bu gün Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda yanğın olub. 

Şirvan Şəhər Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, zavodun 8-ci blokunda baş verən yanğın nəticəsində 2 nəfər xəsarət alıb. 

İlkin məlumata görə, detalların sıxılması üçün nıəzərdə tutulmuş dəzgahın quraşdırılması zamanı laqunda ilə dəmir lövhəni kəsən zaman çıxan qığılcım yanğına səbəb olub. 

Hazırda yanğın söndürülüb, ekspertiza təyin edilib. Dəqiq məlumat araşdırmaların sonunda bəlli olacaq.

***

Müdafiə Sənayesi Nazirliyindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, bu gün saat 10:45 radələrində Şirvan “Araz” zovdunun VIII sahəsinin ərazisində yerləşən konteynerdə elektrik kəsici alətlə təmir işləri aparan zaman qığılcımdan yaranan alışma nəticəsində kiçik yanğın hadisəsi baş verib.

Yanğın qısa müddətdə zavodun işçiləri tərəfindən daxili yanğınsöndürmə vasitələri ilə söndürülüb. 

Hadisə zamanı zavodun iki əməkdaşı yüngül yanıq xəsarəti alıb. Xəsarət alanlar dərhal Şirvan Şəhər  Xəstəxanasına yerləşdirilib. 

Hadisənin baş vermə səbəbi mütəxəssislər tərəfindən araşdırılır.

Murad Əhməd