Skype satıldı

skype-satildi-
Oxunma sayı: 648

Hər iki şirkətin direktorlar şuralarının üzvləri sözügedən razılaşmanı təsdiq ediblər. “Qafqazinfo”nun məlumatına görə, əvvələr də olduğu kimi Microsoft və Skype öz diqqətini istənilən qurğu vasitəsilə rabitə xidmətlərinin göstərilməsi, həmçinin istehlakçı və korporativ müştərilərin real zamandakı ünsiyyətlərinin dəyişdirilməsi məsələləri üzərində cəmləşdirəcəklər. Razılaşmanın başa çatması həm də Skype şirkətinin yeni biznes bölümü kimi Microsoft-un tərkibinə rəsmi olaraq daxil olması deməkdir.

“Skype – bütün dünyada milyonlarla insan tərəfindən sevilən fenomenal servisdir. Birlikdə real zaman rejimində kommunikasiyaların gələcəyini yaradıb, insanlara öz dünyanın istənilən yerindən ailələri, dostları, müştəriləri və həmkarları ilə ünsiyyət qurmağa imkan verəcəyik” deyə Microsoft korporasiyasının icraçı direktoru Stiv Ballmer qeyd edib.

Skype-ın baş direktoru Toni Beyts “Microsoft”un tərkibində fəaliyyət göstərəcək Skype bölməsinin prezidenti vəzifəsini icra edəcək. Toni Beyts birbaşa Microsft-un icraçı direktoru Stiv Ballmerə tabe olacaq. Skype bölməsi bütün dünya üzrə müştərilərinə xidmət göstərməkdə davam edəcək və Estoniya, Çexiya, Rusiya, İsveç, Böyük Britaniya, Lüksemburq, Yaponiya, Sinqapur, Honkonq və ABŞ-da olan nümayəndəliklərini qoruyub saxlayacaq.

Nigar Məmmədli