Soğanla bağlı sahibkarlara xəbərdarlıq

soganla-bagli-sahibkarlara-xeberdarliq
Oxunma sayı: 2633

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Türkiyəyə soğan ixracı ilə bağlı məlumat yayıb.

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən digər ölkələrdən soğan idxalının məhdudlaşdırılması ilə bağlı Agentliyə soğan məhsulunun “Zərərli Risk analizi”nin aparılması istiqamətində məlumat daxil olub.

Bu məqsədlə Azərbaycanda becərilən soğanın risk təhlili aparılıb və nəticələr Türkiyəyə göndərilib. Risk təhlilindən sonra, uyğun şərtlər daxilində, Azərbaycandan Türkiyəyə soğanın idxalına icazə verilib. Belə ki, ölkədən Türkiyəyə ixrac olunan soğan Azərbaycan mənşəli olmalı, kartof gövdə nematodu, gövdə nematodu və soğanın ağ çürüməsi zərərli orqanizmlərinə sirayətlənməməlidir:

“Biz sahibkarların nəzərinə çatdırırıq ki, Türkiyəyə soğan ixrac edərkən bu tələbləri nəzərə alsınlar. İxrac etmək istədikləri soğanın mənşəyinə və fitosanitar təhlükəsizliyinə diqqət yetirsinlər. Əks halda qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək”.