Son iki həftədə 3-cü nazir istefa verdi

son-iki-heftede-3-cu-nazir-istefa-verdi
Oxunma sayı: 2457

Perunun müdafiə naziri Xorxe Nyeto Montesinos istefa verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nazir postundan istefa vermək istədiyini hələ dekabrın 23-də prezident Pedro Kuçinskiyə bildirib. 

İstefası ilə bağlı ötən gün rəsmi məlumat yayılıb. 

Qeyd edilir ki, Montesinos son iki həftədə istefa verən üçüncü hökumət nümayəndəsidir. Onunla yanaşı, mədəniyyət və daxili işlər naziri də istefalarını açıqlamışdılar.