Sürücü maşında yanıb

surucu-masinda-yanib
Oxunma sayı: 677

“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi məlumata görə, qəza nəticəsində yanğın baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yük avtomobilinin kabinə hissəsi yanıb. Minik avtomobilinin sürücüsü yaralanıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb. Sürücü aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 03:30-da başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.