Türk sənətçisi Bakıda konsert verəcək

turk-senetcisi-bakida-konsert-verecek
Oxunma sayı: 1152


“Qafqazinfo” xəbər verir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək məqsədilə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Birgə və Sağlam İB”, "Türkiyə Cumhuriyyəti Bakı Böyükelçiliyi Kültür Müşavirliyi",   "TİKA" , “TUSİAB” və “Memoria Center” dəstəyi ilə Türkiyənin məşhur komediyaçısı, “Yetenek Sizsiniz” proqramının qalibi Atalay Demirci ilk dəfə olaraq Bakıda Stand-Up şousu ilə çıxış edəcək. 

Dekabrın 25-də baş tutacaq bu tədbir xeyriyyə məqsədli olub, tədbirin bütün gəlirləri “Birgə və Sağlam" İB vasitəsilə  xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasında istifadə olunacaq.

Tədbir çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət çəkmək məqsədilə qısa təqdimat təşkil olunacaq və konsert proqramı Atalay Demircinin stand-up çıxışı ilə davam edəcək.

Tədbirdə millət vəkilləri, müxtəlif nazirlik nümayəndələri, QHT nümayəndələri, mətbuat nümayəndələri və xarici ölkə səfirliklərinin nümayəndələri iştirak edəcəklər. 

Tədbir 25 dekabr saat 19.30-da Akademik Milli Dram Teatrında keçiriləcək.