Vasif Talıbov “İlin şirkəti”ni seçdi - Fotolar

vasif-talibov-ilin-sirketini-secdi-fotolar
Oxunma sayı: 746

“Qafqazinfo”nun məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını bildirən lenti kəsib. Burada yaradılan şərait müxtəlif tədbirlərin, biznes-forumların, işgüzar görüş və konfransların keçirilməsinə imkan verəcək. Həmçinin mərkəzdə yerli məhsulların tanıdılması və satışı da həyata keçiriləcək. Hazırda muxtar respublikada 330 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Görüşdə “Biznesdə uğur-2012” mükafatları da təqdim olunub. “İlin şirkəti” nominasiyasında “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Sabir Cəfərova, “İlin sahibkarı” nominasiyasında “Təbiət” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cəfər Əhmədova, “İlin ixracatçısı” nominasiyasında Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin direktoru Namiq Novruzova, “İlin məhsulu” nominasiyasında isə qarışıq yem və sement məhsulları istehsalı üzrə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının direktoru Emin Uçara qiymətli hədiyyələr təqdim edilib.