Vidadi İsgəndərlinin hökmü verildi

Vidadi İsgəndərlinin hökmü verildi
Oxunma sayı: 169

Vəkil Xalid Bağırov “Media forum” saytına deyib ki, məhkəmə V.İsgəndərlini hər üç ittiham üzrə təqsirli bilərək onu 3 il müddətinə azadlıqdan məhrum edib. Həmin ittihamlar bunlardır: seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma; seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə; döymə.

Vəkil hesab edir ki, bu, əsasısz hökmdür: “Hökmdən apellyasiya şikayəti verəcəyik”.

Xalid Bağırovun sözlərinə görə, hazırda Göyçayda xeyli insan məhkəmənin önünə yığılaraq hökmə etiraz edir.

Dövlət ittihamçısı Nəriman Ələkbərov V.İsgəndərlinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Vidadi İsgəndərli 2010-cu il noyabrın 7-də keçirilən parlament seçkisində 89 saylı Ağdaş-Göyçay seçki dairəsindən namizəd olub. O, İctimai Palatanın 2011-ci il aprelin 17-də Bakıda keçirdiyi mitinqə görə həbs olunaraq 15 sutka azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin maddələri üzrə ittihamlar ona mayın 2-də - inzibati həbs cəzası başa çatan gün irəli sürülüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi