“WhatsApp”a sifət və barmaq izi tanınması gəlir

whatsappa-sifet-ve-barmaq-izi-taninmasi-gelir
Oxunma sayı: 1910

“WhatsApp” messencerində sifət və barmaq izlərinə görə istifadəçilərin tanınması imkanı əlavə ediləcək.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, söhbət “WhatsApp” messencerinin “iOS” üçün versiyasından gedir.

“iPhone” istifadəçiləri “Touch ID” və ya “Face ID” texnologiyası üzrə messencerə giriş edə biləcəklər.

“WhatsApp” messencerinin bu yeni imkanı proqramın erkən sınaq alfa-versiyasında aşkar edilib.