Xəlil Rza Ulutürkün xanımına qarşı dələduzluq edən şəxslə bağlı - Qərar verildi

xelil-rza-uluturkun-xanimina-qarsi-deleduzluq-eden-sexsle-bagli
Oxunma sayı: 2176

Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürk və digər şəxslərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Mirzə Şəmsiyevə hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə M.Şəmsiyev 9 il müddətinə aadlıqdan məhrum edilib.

Zərərçəkmiş F.Ulutürk ona dəyən ziyanın ödənilməsini tələb edib. Təqsirləndirilən M.Şəmsiyev ondan 4 min manat alaraq əri X.R.Ulutürkün yubileyi münasibəti ilə kitablarını yenidən nəşr etdirəcəyini vəd edib. Lakin vədini yerinə yetirməyərək qadını aldadıb və aldığı pulu mənimsəyərək qaytarmayıb.

M.Şəmsiyev daha bir neçə nəfəər qarşı ümumilikdə 100 min manatdan çox miqdarda dələduzluq etməkdə ittiham edilir.

Murad Əhməd