“Yaşından-başından utan, yalandan üzümə gülmə”

yasindan-basindan-utan-yalandan-uzume-gulme
Oxunma sayı: 2279

“İmtahan” serialının qəhrəmanı, tanınmış aktyor Sənan Əlləz sosial şəbəkədə  “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovu tənqid edib. “Qafqazinfo” xəbər verir ki, o, feysbukda status yazaraq Əməkdar incəsənət xadiminin vəzifəsindən sui-istifadə etdiyini vurğulayıb:

“Müşfiq Hətəmov, eşidirəm ki, hər varianta əl atırsan ki, kinostudiyada filmə təsdiqlənməyim. Özün bilərsən, Müşfiq, vəzifədən sui-istifadə edirsən, mənə nə. Amma sənin tayların ağsaqqal hesab olunur, yaşından-başından utan, məni görəndə isə yalandan üzümə gülmə”.