Zelenski səs verdiyi zaman qaydaları pozub? - Video

zelenski-ses-verdiyi-zaman-qaydalari-pozub
Oxunma sayı: 2385

Ukraynanın prezidentliyə namizədi olan Vladimir Zelenski səhər saatlarında səs verən zaman seçki qaydalarını pozub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın “5-ci kanal”ı məlumat yayıb.

Məlumata görə, Zelenski kabinetdə səs verdikdən sonra əlindəki bülleteni media nümayəndələrinə nümayiş etdirib.

Qeyd edək ki, Ukrayna qanunvericiliyinə görə, doldurulmuş seçki bülletenlərinin fotoşəkilləri və ya nümayiş etdirilməsi seçki sirrinin pozulmasıdır.