İstedadlı telejurnalist, yazıçı-publisist Zakir Sadatlı 12 il axtarışdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tanınmış simalarından olan Əziz Alpoudun “Həyatımın hekayətləri” adlı əsərinin əlyazmasını gizli arxivlərdən üzə çıxardıb və onu dilimizə uyğunlaşdıraraq çap etdirib. Məlumat üçün bildirək ki, XX əsr Azərbaycan tarixinin ensiklopediyası adlandırılan bu əsər çox ciddi və maraqlı faktlarla zəngindir. Əsərdə XX əsin əvvəllərində Cənubi Qafqazda, İranda və Türkiyədə baş verən proseslər əks olunub. Kitabda Əziz Alpoudun Məhəmmədəmin Rəsulzadənin, o cümlədən digər demokratik respublika qurucularının ünvanına şok ittihamları, onları satqınlıqda ittiham edən fikirləri yer alıb. Olduqca maraqlı və qalmaqallı məqamların yer aldığı kitabın elektron versiyası müəllif tərəfindən “Qafqazinfo”ya təqdim olunub. Biz kitabı bu gündən hissə-hissə çap etmək fikrindəyik. Kitabda yer alan fikirlərlə bağlı müzakirələrə qoşulmaq istəyənlər öz rəylərini göndərə bilərlər
Yaxındakı Türk kəndlərinə xəbərçi göndərildi
Gecə yarısına doğru bir xəbər gəldi.Göndərilən adam rus əsgərlərinin arasından sivişib keçib. Sevinirdik, kəndlərdən yardım gələcəkdi.Bizi atəş altında saxlayan ermənilərdən qurtaracaqdılar.Amma bir şey nəzərə alınmamışdı: Rus əsgərkəri silahlı Türk kəndlilərini buraxacaqdılarmı şəhərə girsinlər?..
Axşama qədər yorulmadan çalışdım; durmadan qurğuşun tökür , soyuduqdan sonra patrona doldururdum.Acdıqca çay içir, lavaş və arasına qoyulmuş yas halvasından yeyirdim.
Hər kəs belə edirdi, çünki yemək bişirməyə nə imkan, nə də vaxt var idi.
Bir ara gözlərimin qapandığını hiss etdim.Sən demə, məni yuxu tuturmuş.Gözlərimi açanda artıq səhər idi. Hər iki tərəf yenə də atəşi davam etdirirdi.Ətrafa baxanda, evdə təzə bir qonaq gördüm.Bu oğlan çuxa və arxalıq geymişdi. Başına da uzun saçaqlı ağ börk keçirmişdi.
Bu oğlan yaman nişançıymış, ovçuların təbirincə desək, “quşu havada gözündən vurumuş”.Doğurdan da, bir az sonra öz məharətini bizə göstərdi.Alı onun xətrini çox istəyən qayınatası ilə birlikdə Ağ-Təkkə kəndindən gəlmişdi; necəsə rus əsgərlərini yola gətirib, şəhərə girə bilmişdilər.Onların dediyinə görə, əsas qüvvələrimiz bu gecə şəhərə daxil olcaqdılar.Bu xüsusda rus keşikçiləri ilə razılaşıblar. Pul və o cümlədən, daha çox rusların güddüyü siyasətə uyğun olaraq , onlar köməyə gələn Türk silahlı dəstələrini ”görməyəcəkdilər”.
Bir ara qarşıdakı dağlıq Hallavar məhəlləsindən qüvvətli atəşə məruz qaldığımız vaxt Alı hiddətlə papağını alnından geri itələyib, iti və gur bur səslə bağırdı:”Donuz uşaqları rus mauzerləri işlədirlər.Amma mən onların dərsini əlimdəki təkaçılanla da verərəm”-deyib, tək güllə atan tüfəngini əlinə aldı. Fəqət elə bu arada qabaqa artırmanın qapısı döyüldü.Aşağı qaçanlar yanlarında bir neçə rus əsgərlərinin başçılıq elədiyi kiçik rus hərbi dəstəsilə geri döndülər.Onları buraya dayımın rus ordusunda xidmət eləyən kürəkəni; Mina bacının əri minbaşı Həsən Talışxanlı gətirmişdi.Ermənilərin türk məhəlləsini atəşə məruz qoyduqlarını Tiflis Hərbi Komandanlığına bildrib, ruslar da heç xəbərləri yoxmuş kimi hərəkət etmişlər... İndi də olanları öyrənmək üçün gəlmişlər.O vaxt məndən böyük qardaşım Qubadla mən də rusların bu yalanına inanıb sevinmişdik. Ruslar türkləri qorumağa gəliblər!.. Amma illər keçdikdən sonra, ağlımız kəsəndə həqiqəti öyrəndik. Biz başa düşdük, amma ermənilər hələ də ağıllanmamış, görünən o idi ki, heç ağıllanmaq niyyətində də deyildilər.
Gələn rusları daha çox rus ordusunun rəsmi silahları olan mauzerlərdən açılan atəş maraqlandırırdı.
O vaxta qədər sakit dayanan Alı yarı hiddət, yarı zarafat ilə rus əsgərlərindən birini səngərə doğru çəkdi və Kürün o biri sahilində olan Hallavar məhələsindəki bir evi göstərdi:”Bax, oradır!”-dedi. Ancaq səngərə doluşan ruslar hansı evin “qala” olduğunu heç cürə anlaya bilmir və ya anlamaq istəmirdilər. Elə bu vaxt Alı silahını çiynindən alıb sinəsinə dayadı və atəş açdı:”Budur, baxın,qapının solundakı pəncərədə deşik açdım.Silah anbarı oradır.”-dedi.
Rus əsgərləri durbinlə göstərilən tərəfə baxaraq, pəncərə şüşəsində deşik açılan bu evi nəhayət, görə bildilər. Ruslar gənc türk nişançısına heyrətlə baxaraq oradan uzalqlaşdılar. Sonradan öyrəndik ki, ermənilərin mauzerlərlə bizə atəş açdıqları binanın içi silah və sursatla dolu imiş...
Bir müddətə kəsilən atəş səsləri yenə də davam edirdi.Oradan-buradan çıxan yanğın alovları, qapqara tüstü dumanları göyə yüksəlir, bəd xəbərlər gəlməkdə davam edirdi.Tez-tez sığındığımız binanın qapısı açılır, yaralılar içəri daşınırdı. Möhtəşəm imarətin həyətə açılan birinci mərtəbəsi xəstəxana kimi istifadə olunurdu.Qonşulardan bir həkim və bacarıqlı ev qadınlarından olan bir neçə könüllü tibb bacısı buranı idarə edirdilər.Az sonra yeni bir xəbər gəldi.Rus əsgərləri qarşılıqlı atışmadan sonra şəhərin mərkəzində Qlovinski bulvarında, Ümumi Qafqaz Valisi sarayının qarşısında yerləşən Birinci Oğlan Liseyinə giriblər... Bu xəbər qardaşımla məni çox kədərləndirdi. Bura bizim oxuduğumuz liseydi. Hər ikimizə bu xəbər çox pis təsir etdi.Bəs görəsən yoldaşlarımıza nə oldu?Öz acınacaqlı vəziyyətimizi unudub onları düşünürdük.
Şəhər payız axşamının alaqaranlığına qərq olurdu.Qəflətən ətrafa qəribə bir sakitlik çökdü.Sanki bir əmrlə atəş kəsilmişdi. Nə baş verirdi?Cavabı sükutu pozan”Allah!”, “Allah!” nidaları verdi.Hamı sevinc içində bir-birini qucaqlayırdı.”Bizimkilər gəldilər!Kömək gəldi!Gəlirlər! Gəlirlər!” səslər getdikcə yaxınlaşırdı...
Alı qayınatasının təkidi ilə səngərdən çıxıb aşağı qaçdı. Bir qədər sonra Ağ-Təkkədən və Borçalının digər kəndlərindın gələn kəndliləri içəri doldurdular. Bəziləri qucaqlaşır, bəziləri qışqırır, rusları necə aldadıb gəldiklərini danışıb-gülüşürdülər... Biz uşaqlar onları yalnız sevinclə izləyirdik. Köməyə bir neçə min adam gəlmişdi.Cavanlar, qocalar, əli silah tutan qadınlar... Kimi atları, kimi arabaları ilə, kimi də piyada gəlmişdi.
Artıq hücum edən türklər idi... Gecənin qaranlığında yenə də alovlar yüksəlməyə başladı. Bu dəfə yanan evlər ermənilərin idi... Qarşıdakı hər iki təpə bir an içinə aydınlanmışdı. Şeytanbazardakı yanğınları gələnlər söndürmüşdülər; qadınlar, qızlar, uşaqlar bir az aşağıdan axan Kür çayından vedrə, qazan , təknə ilə su daşımışdılar...
Hər zaman qardaş kimi yaşayan bu iki millətin lazımsız yerə qanı tökülürdü. Buna səbəb isə Rusların iblis siyasəti, digər tərəfdən də ermənilərin axmaqlıqları- Türkiyədən, İrandan, Azərbaycandan qoparacaqları torpaqlarda ”Böyük Ermənistan” qurmaq niyyətləri idi. Elə bu səbəbdən də ermənilər türklərə əsl düşməni kəsilmişdilər. Deyirlər ki, ayı meşədən küsüb, meşənin xəbəri yoxdu! Eləcə də türklərin erməni düşmənçiliyindən xəbəri yox idi. Amma gec də olsa, öyrəndik...
Səhərisi gün barışıq üçün hərərkət keçdilər.Türk məhəlləsini başından ayağına qədər gələn, sonra da erməni məhəlləsini gəzib dolaşan faytonun içində bir türk mollası ilə erməni keşişi oturmuş,yanlarında da əli silahlı bir neçə türk könüllüləri dayanmışdı. Keşiş faytonun içində dayanmadan Gürcü dilində:”Ertoba!(Qardaşlıq, birlik)”-deyə bağırırıdı. Nəticədə, barışıq bağlandı və rus fitnə-fəsadı ucbatından bir-birinə düşmən kəsilmiş iki dost millət arasındakı bu axmaqlığa da son qoyuldu. Ancaq təəssüflər olsun ki, ermənilər bunu, yəni elədikləri işin axmaqlıq olduğunu anladıqlarına görə deyil, barışığa özlərini zəif hiss etdiklərinə görə əl atmışdılar. Bunu uzun müddət Erməni başçılarının yeritdikləri siyasət də isbat etmişdi.Türklər isə düşmənçilik üçün bir səbəb görmədiklərindən ermənilərlə hər zaman səmimi dostluq etməkdə idilər. Rusların ermənilər üçün güddükləri siyasətin nədən ibarət olduğunu illər keçənən sonra, vaxtilə Rusiya Dumasının deputatı olmuş, qatı bir rus imperialisti(Çernosotenets) Milyukovun ağzından eşitdik: I Dünya müharibəsində rus ordusu Ərzincana qədər irəlilədiyi zaman ermənilər ona, “Böyük Ermənistan”ı qurmaq vaxtının gəldiyini dedikləri anda, Milyukov gülmüş və cavab olaraq:”Biz ermənisiz Böyük Ermənistan qurmaq niyyətindəyik!”-deyə, söyləmiş və gələnləri qovmuşdu...
Barışı təmin etmək üçün gələn akınçılarımız (silahlı dəstələrimiz) geri dönürdülər; arabalar bizə dayanmadan atəş açan Mirzoyev fabrikinin sabunları ilə dolu idi. Layiqli bir qənimət idi bu...
Ertəsi gün səhər qardaşım Qubadla məni bir cavan oğlan liseyimizin yerləşdiyi Qolovinskiy bulavarına qədər apardı, lisey binasının yaxınlığından geri qayıtdı.Yoxuşu dırmaşıb liseyin ətrafını dövrələyən hündür daş hasarın arasına yerləşdirilmiş dəmir darvazalara çatdıq. Liseyimizdən dörd əsas küçəyə çıxış olduğuna görə şəhərin ortasında yüksək divarlarla əhatə olunmuş bu bina bir qalaya bənzəyirdi.Əsas bina “T”olmaqla ortada yerləşmiş, aşağı hissəsində böyük bir bağça , yuxarı hissəsində isə bir-birinə divar və beş-altı pilləli pilləkənlə bağlanan iki geniş artırmadan ibarət idi.Tələbəlirin hərbi təlimi və gimnastik oyunları yuxarı artırmada aparılırdı. Qardaşım Qubadla liseyin qapısına yaxınlaşanda, növbədə duran bir rus əsgəri ilə qarşılaşdıq. Bu liseyin tələbəsi olduğumuza görə, əsgər bizə qarşı nalayiq sözlər işlətməyə başladı və indiyə kimi bizi qapının deşiyindən izləyən rus zabiti çölə çıxaraq, nə baş verdiyini soruşdu. Ona icazəli olduğumuzu və bu bir neçə gün ərzində başımıza gələnləri deyəndən sonra bizimlə yumuşaq bir tərzdə danışaraq, liseyin hələ bir müddət bağlı qalacağını bildirdi.Sonra bizim ona çaş-baş halda baxdığımızı görüb, güələrək əlavə etdi:”Siz indi evinizə gedin və gözləyin. Liseyin açılacağı günü sizlərə bildirərlər.”
Zabitlə danışarkən divarlarda və dəmir qapıda güllələrin açdığı deşiklər və qan ləkələri gözümüzə sataşdı.Deməli, buralarda faciəvi şeylər olmuşdu... Burada çox dayanmaq artıq mənasız idi.Düz, dayımgilə yollandıq.Yusif dayım yolpulu verib, axşam qatarı ilə bizi yola saldı.
Qatar sübh tezdən Bakıya yaxınlaşırdı. Biləcəri stansiyasına doğru qatar zorla hərəkət eləyir, lokomativ işini qurtardıqdan sonra artıq şütüyürdü.Uzaqdan görünən neft buruqları meşəni xatırladırdı.Onsuz da buraya ilk dəfə gələnlər Bakının ətrafının sıx meşə ilə əhatə olunduğunu zənn edirdilər.
Bakıya, evimizə gəlirik.Sevinc içindəyik.Artıq rahatlığa qovuşacağımıza inanırdıq. Ancaq əsl həqiqətdə heç də belə deyilmiş. Bakı daşından, şərq üslubunda tikilmiş stansiyadakı ağacın budaqları hər payızda olduğu kimi civildəşən yüzlərcə sərçə ilə dolu idi.Sərçələrin civiltisinə sevinirdim.Sanki bütün şəhər mənə :”Xoş gəldin, evinizə!”-deyirmiş kimi görünürdü.Ətrafa baxanda bizi təəccübləndirən bir mənzərə ilə qarşılaşdıq. Həmişə qatarı qarşılamağa gələn faytonçu tünlüyü yox idi. Noolmuşdu?.. Kənarda dayanan bir arbaçıya işarə etdik, amma o da özünü görməməzliyə vurub, bizə fikir vermədi. Bir də işarə edib türkcə qışqırdıq:”Arabaçı, gəl!” Bu dəfə arbaçı qamçısını şaqqıldadıb bizə yaxınlaşdı. Diqqətlə üzümüzüə baxdı, sonra arabadan aşağı enib çemodanlarımızı arbaya yığdı və atları sürdü.
Yolda tez-tez başını geri çevirib, bizə bayaqkı hərəkətinin səbəbini izah edirdi:”Sizi formada görüb, erməni uşaqları zənn etdim.Sonra danışığınızdan türk olduğunuzu anladım. Bəs yaxşı, qorxmadan necə səfərə çıxdınız? Yəqin burada baş verənlərdən xəbıriniz yoxdur?”
Arabaçıdan xeyli şey öyrəndik. Deməli, Tiflisdə türkləri məhv etməyə çalışan ermənilərin Daşnaq partiyası eyni şeyə, eyni günlərdə Bakıda da cəhd etmişlər.Ani basqın edərək, xeyli sayda türkü öldürmüş və bir çox türk evlərini də yandırmışlar.Fəqət sonradan nə baş verdiyini anlayan türklər hücumu dəf etmiş, erməniləri burada da geri oturda bilmişlər.
Yol boyu arabaçı bizə yandırılmış, tavanı çökmüş, pəncərələrində böyük deşiklər açılmış daş evləri göstərərək, bu filan türkün, bu filan ermənini evidir deyirdi...
Təəssüf, təəssüf!
Niyə bu düşmənçilik? Kim səbəb olub bütün bunlara? Nə olub axı, bizim yaxın dostumuz ermənilərə? Biz onlara bir pislik etməmişik ki? Yol boyunca ağlımdan hey bunları keçirirdim. Fəqət illər ötüb böyüdükcə, rusların bu hiyləgər siyasətini anlamağa başladım. Bizimkiləri güc-bəla ilə tapdıq. Atışmalar vaxtı özlərini çətinliklə də olsa ,Çəmbərəkənd məhəlləsinə ata biliblər. Dərs bütün məktəblərdə davam edərkən bizim evə qayıdacağımızı heç kəs gözləmirdi.Anam və bizim qəlbitəmiz lal xidmətçimiz Reyhan qəfil gəlişimizə çox sevinmişdilər.Eyni zamanda da qorxmuşdular:”Bu qarışıq vaxtda necə cəsarət edib yola çıxmısınız?”
Başmıza gələnləri təfərruatıyla danışdıq. Xüsusən də axşam, məndən böyük bacım Sürəyyanın evinə getdiyimiz vaxt, o, boynumuza sarılıb hönkür-hönkür ağladı.Bizim aradan qurtulmağımız ona möcüzə kimi gəlirdi.
Bakıda iki həftəyə qədər qaldıq.Qohum-əqrabalara baş çəkdik; biz danışdıq onlar qulaq asdılar, onlart danışdılar biz qulaq asdıq.Hər tərəfdə , xüsusən də, liseydə çox axtarıb tapmadığımız fisincan plov, südlü plov, quru kütüm balığı ilə çığırtma plov, dovğaya qonaq olduq.
Elə bu ərəfədə , dərslərin üç gün sonra başlayacağına dair rəsmi kağız gəldi.Artıq sevgili Bakımızdan ayrılmaq lazım gəlirdi.Bəlkə də elə ilk baxışdan qəribə gəlir, necə olur ki, Bakı yaşıl, gözəl mənzərəli Tiflisdən üstün tutulur.Ancaq bir az dərindən düşünülərsə, zənn edirəm ki, mənə haqq verilər. Bakıda hər şey mənimdir.Türk olan xalqı da,Qız qalası da, səhərlər hələ günəş doğmadam ayna kimi dümdüz; İrana,Türküstana yayılan Xəzəri də, ətrafını dövrələyən sarı bərəkətli qumlu çölləri də, möhtəşəm bir meşəyə bənzəyən neft buruqları da mənimdir!
Tiflis stansiyasına girən qatar dayanan kimi nömrəli stansiya hambalları vaqonlara yan aldılar. Heç ağzımızı açmamış çemodanlarımızı əlimizdən qapan hamballar , sıra ilə düzülmüş faytonlara tərəf qarşımızda şütüyürdülər.
Beli qurşaqlı, uzun çuxalı faytonçu çemodanlarımızı arabada yerləşdirdikdən sonra, atları sürdü. Ümum Qafqaz Valiliyi sarayına bitişik, Böyük kilsənin yanından üzü yuxarı gedirdik.
Bağça divarımızda hələ də güllərin açdığı deşiklər olduğu kimi qalırdı.
Biz liseyin dəmir qapısından içəri həyətə keçən kimi yoldaşlarımız bizi dövrəyə aldılar.
Sinfə çəkilib gətirdiklərimizi orataya qoyduq, həm şirniyyatları yedik, həm də dərdləşdik. Hər ağızdan bir avaz gəlirdi: hər kəs baş verənləri özü danışmaq istəyirdi.
Çara qarşı ayağa qalxan xalq , əsgərlər tərəfindən sıxışdırılmış kütlə, bizim liseyə girmiş tələbələr də təlim üçün liseyə verilmiş silahlara sarılaraq, əsgərlərə atəş açmışlar. Bu dəfə də əsgərlərin köməyinə mühafizə alayından kazaklar gəlmişlər. Millət bir-birinə dəyibmiş. Bir zabit də həyətədəki tələbələri qovaladığı vaxt əlindəki tapança ilə qarşıda qaçan tələbəyə atəş açmış, ancaq ona yaxınlaşanda, başqa liseydən buraya gələn öz uşağı olduğunu görəndə elə, oradaca intiar edibmiş...
Rus kazakları tələbələrin üstünə vəhşi kimi hücum edib, öldürmüş və yaralamışlar. Bir çoxları isə alt və orta artırmaları bir-birinə bağlayan yeraltı keçidə və liseyin üst artırmasında yerləşən buxarlı fin hamamına qaçmaqla canlarını qurtara bilmişdi.Liseyin alt və üst dəhlizlərində də dəhşətli qaçdı-qovdular olmuşdu.Divaraların və tavanların bir çox yerlərində hələ də güllə izləri qalmaqda idi.Yuxarı dəhlizə çıxan pilləkanın divarında isə iri mərmər lövhə asılmışdı.O lövhədə qızıl hərflərlə:”Lisey 1831-ci ildə açılmışdır” sözləri yazılmışdır.Bu lövhəyə də güllə dəymişdi.
Nəticədə, lisey yenə də dərslərə başlamış , ancaq yuxarı sinif tələbələrindən yalnız dördüncü sinfə qədər olanlar buraxılmış, yuxarı siniflər-beşdən səkkizə qədər hamısı qovulmuşdu!Bu danışıqlar aylarca davam etdi:sinifdə, yataqxanada, yeməkxanada.Halbuki bu üç yerdə də danışmaq olmazdı.Qaydanı pozanlar, cəza olaraq, ya yeməkdən sonra verilən şirniyyatdan, ya da bazar günü şəhərə çıxmaqdan məhrum edilirdilər.
Həyat öz axarına düşür
Həyat yenə öz axarı ilə davam edirdi.Xalq sakitləşmiş, biz dərslərə davam edirdik.Səhər tezdən oyanar, dərs salonuna gedər, bilmədiklərimizi təkrar edərdik. Sonra yuxarı mərtəbədə dəhlizdə iki-iki düzlənərdik.Növbətçi müəllim ilə tələbələrin dəstə rəhbəri ayaqqabılarımızın, əllərimizin təmiz, formamızın səliqəli, kəmərin belimizdə düzgün oturmasını yoxlayar, səhlənkarlıq edənləri qollarından tutub sinifdən xaric edər, sonra yürüş əmri verilirdi:”Sola dön!İrəli marş!..”
Bu qayda günorta və axşam nahara gedərkən də təkraralanırdı.Ümumiyyətlə, sıradan xaric olunanlar az olurdu, artıq hər kəs təmizliyə öyrənmişdi.Gürcüsatanda qondarma şahzadəçilik dəbdə idi. Hətta, liseyimizin aşbazı da özünü şahzadə hesab edirdi. Buna görə də , tələbələr həmişə gürcü “şahzadə”lərini ələ salırdılar.Amma aşbazımız məni çox sevirdi.Bəzən mətbəxin qarşısında oynayarkən pəncərədən məni görüb çağırar, uzun qılınc kimi kəskin bıçağı ilə ətin yaxşı yerindən nazik bir dilim kəsər, iri əlləri ilə duz səpər, gülərək pəncərədən aşağı mənə uzadardı.Hər halda buna səbəb mənim uşaqlar arasında ən kiçik olmağım idi.Liseydə dərslər saat on ikidə bitirdi.Saat on ikidə qəlyənaltı edirdik. Dərslər bitincə nahar yeməyi verilirdi. Saat beşə qədər artırmalarda oynayırdıq.Bəzi günlər həftədə iki dəfə İsveç gimnastikası dərsi keçirdik.Bu dərsi çox sevirdim.Müəllimimiz Anton Lukeş adlı bir çex idi.O, yaxşı insan və bacarıqlı bir müəllim idi.Liseyimizin üst artırmasında təşkil etdiyi gimnastik şənliklər hər zaman böyük alqışa səbəb olurdu.Liseyimizin gimnastik oyun bayrağında bu sözlər yazılmışdı:”Aslanın gücü, şahinin uçuşu.”
Məktəbimizdə rəqs dərsləri də var idi.Burada “Vals”,”Faberkatr”, “Padespan”, “Krakovyak”, “Vengerka”(Macar rəqsi),”Mazurka”(Polyak rəqsi) öyrədilirdi. İnoçenzi adlı bir italyan müəllimimiz vardı.O, eyni zamanda , hərbi liseydə də dərs verdiyinə görə, bizim dərsə qəribə bir uniforma ilə gəlirdi.Qılıncını uzun pianinonun üstünə qoyar və dərsə başlardı.Onun pianino çalanı da qəribə bir şəxsdi.O da dərsə frakla gəlir, qısa boyunu paltarın yaxalığı içində itirdi.Görünən yalnız qırmızı bibəri xatırladan burnu və burnunun ucuna taxdığı eynəyi olurdu... Mən qısa bir müddətdə bu rəqsləri öyrənə bildiyim üçün , ildə bir neçə dəfə əsilzadə balalarının oxuduğu iki qız instituna bala dəvət olunurdum.Çünki müəllimimiz İnoçenzi yuxarı siniflərdəki yoladaşlar sırasında mənim də adımı yazdırırdı.Bal üçün “Mundir” deyilən xüsusi yubiley uniforması geyinirdik.Bəyaz keçi dərisindən düzəldilən dairəvi yüksək boyunluqlu geyimdir.”Mundir” adlandırılan; uzun və dizdən aşağı enən, bədəni sıx örtən bu pencəyin parlaq gümüş düymələri vardı. Dimdik boyunluğundan da bir neçə gümüşü bağ sallanırdı. Amma lak ayaqqabı geyinmək yasaq idi. Hamının ayağında böyrü rezin və parçadan tikilmiş, ucları ayağa geyilməsini asanlaşdıran saya (sadə) ayaqqabı vardı. Ballarına getdiyimiz institut qızları da, çılpaq qollarını çiyinlərinə qədər qaldıran, ağ əlcəkli əllərini çiyinləri üstünə qaldıran, ağappaq köynəkli və koftalı , uzun ətəkli don geyinmələrinə rəğmən ayaqqabıları eynən bizimki kimi idi.
Palto və şapkalarımızı aşağıda vestibüldə qoyandan sonra, bizi gətirən növbətçi müəllim, bəzən də müdir və ya müavinin arxasında iki cərgə sıralanır, geniş pilləkənlərədən salonun qarşısındakı giriş qapısına çatırdıq.Burada bizi müdirə və ya qızlar qarşılayırdı. Müdirimiz bizi adbaad təqdim edər, qızlar da yaxamıza institut nişanı taxardılar. Bu arada orkestr durmadan çalar, biz uzun və olduqca geniş olan mərasim salonuna buraxılardıq. Burada qızlar salonun başında qurulmuş müvəqqəti səhnədə kiçik səhnəcik göstərər, şeir söyləyər, musiqi bacarığını nümayiş etdirər, solo və xor şəklində mahnılar oxuyardılar. Bundan sonra rəqsə keçərdik. İstər qızlar institunda , istərsə də öz liseyimizdə olsun,tədbirlərdə ilk rəqs etməyimiz valslarla başlayardı.Əvvəlcə, müdirimiz müdirəni dəvət edər, ardınca da biz qızları dəvət edərdik. Kavaler az olduğundan qızlar daha çox öz aralarında “dam-kavalye” olurdular. Bu hallarda bizim qiymətimiz “bazarda yüksəlirdi”.Kiçik olsam da qızlar mənimlə rəqs etməyə can atırdılar. Xülasə, mənim yaxşı rəqs etməyimin təbliğatçısı institutda təhsil alan, mənim həmyaşıdım, qohumumuz şahzadə Kazım xan Mirzə Qacarın kiçik qızı Minicə olurdu.Bundan başqa məni yalnız yaxın rəfiqələrinə və çox sevdiyi nüfuzlu şəxslərə etibar edərdi. Nəşəli bir hava içində rəqslər səhər saat üçə-beşə qədər uzanardı. Köynəyimiz tərdən su içində, şux boyunluğumuz əzik-üzük olurdu.Bilmirəm, necə olurdu ki, xəstələnmirdik, tər ,su içində yatağımıza girərdik. Liseydə bizə nə gecə köynəyi, nə də pinjama verilərdi.Ümumiyyətlə, təmtaraqlı ziyafətlərin ertəsi, yəni istirahət günləri dincəlirdik. Amma bəzən də səhərisi gün dərsə getmək lazım gəlirdi.O hallarda yalnız iki-üç saata qədər yata bilirdik. Bəzən halımıza acıyan müəllimlər bizi o gün rahat buraxar, dərsə getmək üçün yuxudan qaldırmazdılar.Bəziləri haqlı olaraq:”Hər şeyin zamanı vardır, əyləncənin də...” deyib, bizi bir az danlayırdılar.
Lisey kilsəsində çarın doğum günü, tacqoyma günü və buna bənzər günlərdə ayinlər icra olunurdu.Türk-müsılmanlar isə kilsə olan üst dəhlizin o biri başında atamın Ümum Qafqaz Valiliyinə müraciəti əsasında qurulan və yataqxanamızla üzbəüz böyük bir məscid otağında toplaşır, sözdə Rus çarı üçün guya dua edirdik.Əslində, Türk dili və din müəllimlərimiz Poladzadə bizə milli hisslər aşılayır, məzhəbçiliyin-sünni və şiəliyin lüzumsuz , uydurma bir şey olduğunu, tək bir Müsəlman dinin mövcudluğu xüsusunda bizə bilgi verirdi. Namaz surələrini rus hərfləri ilə yazaraq, bizə öyrədirdi.Ərəb hərflərinin çətinliyi və liseydə bütün dərslərin rusca keçirildiyi . habelə alman, fransız və latın dillərinə olduqca ciddi önəm verildiyinə görə, ana dilimiz türkcədə irəliləmək ,əlbəttə, çətindi. Bu çox acı gılirdi bizə amma biz uşaqlar nə edə bilərdik? Hakim millət kimi mücadilə edə bilməmiz üçün rus dilini öyrənməyimiz tələb olunurdu...
Üstündən illər keçəndən sonra Azərbaycan öz müstəqilliyinə qovuşarkən rusların məkirli siyasəti üzə çıxmışdı.Millətimizi təhsil baxımından üç qismə ayırmaq olardı:heç bir savadı olmayan cahil xalq; çar Rusiyası tərəfindən rəsmən, icazəli və türklər arasında sünni və şiə məzhəbçiliyini körükləmə məqsədini güdən, tədrisatı türkcə olan ibtidai dini məktəblərdən çıxmış yarı cahillər,nəhayət , bütün təhsilini rus məktəblərində almış, rus dilini yaxşı bilən, amma fikirlərini türkcə yaza bilməyən, ana dilində fikirlərini ifadə edə bilməyən bir ovuc zavallı aydınlar. Bax, bu durum məni illər keçəndən sonra Azərbaycan müstəqilliyinə qovuşar-qovuşmaz, ağır olan ərəb hərflərinin yerinə latın əlifbasını gətirmək mübarizəsinə yönəltdi. Beləliklə də , liseydə türkcəmiz təəssüf ki , irəliləmirdi. Bütün bildiklərimiz evdə danışdığımız səviyyədə qalırdı.
İllər keçirdi. Hər il Ümum Qafqaz Valiliyinin göstərişi ilə liseydə bir üst sinfin açılmasına icazə verildiyinə görə başqa liseyə dəyişilmək narahatcılığından qurtulmuşdum. Halbuki, mən bu liseyə çox alışmışdım; hələ qaranlıq yeraltı keçidindən, tut ağacı olana aşağı bağçaya keçə bilən nadir tələbələrdəndim. Məndən sonra liseyə gələnlər bu yolu tanımazdılar.
Əlavə kitab rəfində gizlicə bəslədiyimiz ipəkqurdunu yemlə, bax elə bu qaranlıq yoldan keçərək təmin edirdim.Əvvəlki ”böyütdüklərimizə” yemi çöldən gələn dostlarımız gətirirdilər. İki növ qurdumuz olurdu-ağ və qara... Qaraların baramaları gözəl, sarı rəngdə olurdu. Dostlarımız öz aralarında buna”yapon” deyirdilər.
Xışıltı ilə yarpaqları yeyən bu gözəl baramaqurdlarını sevər, yanağıma sürtməkdən xoşhallanardım. Bəlkə də buna səbəb yalqızlığım və evimizin xiffətini çəkməyim idi...
İllər keçdikcə baramaqurdu bəsləməkdən vaz keçdim. Artıq gizli yeraltı yolu, vaxtlı-vaxtında liseydən qaçmaq üçün bir qurtuluş yolu halına gəlmişdi.O axşamlar yataqxanadakı yatağımızın içində biz dönüncəyə qədər , odyallara bürünmüş kuklalarımız “yatardı”.Gecə otaqları yoxlayan növbətçi müəllim və ya gecə gözətçisi yataqlarımızı boş görməsin deyə... Yataqxanalar olduqca geniş və çarpayılar sıx olduğundan, yatağın içindəkinin insanmı, yoxsa bürmələnmiş yorğanmı olduğundan heç nə anlaşılmazdı. Bəzən nadir hallarda liseydən qaçmamıza səbəb, liseydə tanıdığımız qız dostlarımızın evlərində təşkil etdikləri ad günləri və buna bənzər əyləncələrdi.Yataqxanada qaldığımız üçün, nahar vaxtı dostlarımzla olmağımız vacib olduğuna görə qaçmağa məcburduq.Çünki belə əyləncələrə axşam saat beşdən sonra getmək qadağan idi.Yalnız zəruri hallarda , xüsusi möhürlü və müdiriyyət tərəfindən imzalanmış kimlik vəsiqəsi ilə küçəyə çıxmaq olurdu.Bu saatdan sonra, heç bir lisey tələbəsi küçələrdə gəzə bilməzdi. Beləsi olsaydı, dərhal hər hansı bir müəllim tərəfindən saxlanılır, kimlik kartı alınır, mənsub olduğu lisey və başqa məktəb rəhbərliyinə göndərilirdi.Bunu da etiraf etmək lazımdır ki, çarlıq dövründə məktəblərdə ciddi bir nizam –intizam var idi.Dərsdən qaçmaq , formasız küçəyə çıxmaq ,dalaşmaq, müəllimlərə qarşı hər hansı bir hörmətsizlik etmək, axşam saat beşdən sonra küçələrdə və ya əyləncə yerlərində görünmək şiddətli cəza almaq deməkdi. Şəxsi işində :”Bir daha heç bir məktəbə götürməmək!” şərtiylə qovulurdu.
Ancaq təhsil də o nisbətdə güclüydü. Hələ bizim Türklərdən liseyi sona qədər oxuyub, tam diplom alanları çox az olurdu. Həmişə liseylərdə oxuyan Türklərin əksəriyyəti zəngin ailələrin uşaqlarıydı.Çünki hamı liseyin yüksək olan təhsil haqqını ödəyə bilmirdi. Liseydə oxuyan varlı uşaqlarının bir çoxu da, atalarının var-dövlətinə güvənərək, beyinlərini yormağa heç də cəhd göstərmirdi. Beş və ya altıncı sinfə qədər oxuyanların çoxu evlərinə qayıdır, onları gözləyən nişanlıları ilə evlənirdilər. Bəzən rus müəllimlərimiz bizləri ələ salır “bekskiy klas” (bəy sinfi) deyirdilər.
Əslində, bir gün məni çox sevən müəllimim zarafatla gülərək:
-Bəs, artıq sən də bəy sinfinə çatdın, bundan sonra oxumazsan, deyilmi?-deyəndə, çox təsirləndim və ağladım.Müəllim başımı tumarladı və zarafat elədiyini söylədi.
Beşinci sinifdən, yəni liseyi bitirməyə üç il qalmış sənədlərini alanlara o zamankı Çar Rusiyası bəzi hüquqular verirdi.O cümlədən polis məmuru olmaq hüququ da. Bəzi kənd ağalarının uşaqları çinli məmur forması geyinib, kəndin içində gəzişərək lovğalanırdılar.
Kəndə gedirik.
Beşinci sinifdən altıncı sinfə keçdiyim yay anam Tiflisə getdi və məni qohumlarının olduğu Salahlı kəndinə apardı. Salahlı stansiyasında qatardan düşdük. Bizi bir cüt kəl qoşulmuş iki təkərli kənd arabası gözləyirdi.İçinə həsir, üzərinə də döşək və xalı sərilmiş arabanı da Lətif dayı sürürdü.Qasım dayı da qır bir ata minmişdi, başında uzunsov tüklü papaq, əynində milli geyimimiz; arxalıq və üzərində çuxa, belindəki qayışda xəncər və çiynindən sallanan bir “Berdanka” və sinəsində yekə, yumru, gümüş kimi parlayan bir meşəbəyi gerbi vardı. Bizi müşayiət edirdi.O, Qarayazı meşəsinin meşəbəyisi di. Bu meşəyə Çar ailəsi sahib çıxmışdı və bəzi vaxtlar buraya ov ovlamağa gəlirdilər.Lətif dayımın silahı yox idi,amma geyimi daha yüngül idi. Dayı dediyim bu şəxslər əslində, anamın böyük bacısı Aişə xalamın oğulları idi.Fəqət anamdan yaşca çox böyük olduqlarından mən də onlara “dayı” deyirdim.
Karvanımız yola düşdü və az sonra kollarla əhatə olunmuş dar bir arba yoluna çıxdıq. Nəhayət, Kür çayının sahilinı çıxdıq.Bundan sonra həyəcanlı bir səyahət başladı.Qasım dayı atını çaparaq irəli çıxdı və çaya girdi.Biz də araba ilə onu izləyirdik.Mən belə bir səyahətə ilk dəfə çıxdığım üçün çox həyəcanlanmışdım.Zənn etdim ki, araba Kür çayının dərin sularında batacaq və biz də boğulacağıq... Heç də belə olmadı.Araba suyun üzərində qaldı. Kəllər sürətlə axan çayın sularını gurultu ilə yararaq və üzərək arabanı qarşı tərəfə çəkməyə çalışırdılar. Buna baxmayaraq ,axıntı bizi elə dibə doğru çəkirdi. Bir müddət həm önə, həm də axıntı ilə yana itələnərək səyahətimizi həyəcanla davam etdirdik.Və nəhayət, qarşı sahilə çatdıq. Kəllər yaxşıca yuyunmalarından razı idilər, biz də qarşı sahilə sağ-salamat çata bildiyimizə görə...
Çaydan çıxanda Qarayazı meşəsində itdik.İrəlilədikcə meşə gözəlləşir və sıxlaşırdı. Nəhayət, meşənin içindən axan və şüşə kimi aydın bir çayın kənarına çatdıq.Qəflətən ətrafımızı çoxlu qadın və uşaq bürüdü.Onların hamısı qohumlarımız idi.Gecəni çadırlarda keçirib, səhər tezdən qoyun sürüləri ilə kəndə gedəcəkdik.Arabadan enər-enməz ətrafımızı qohumlarımız bürüdü.Gözəl milli paltar geyinmiş qadınlar, ayaqları çılpaq oynaşan uşaqlar.Hamısından da gözəl, kəndə məxsus qoxu gəlirdi:süd,pendir,kərə yağı, təzə ot... Ancaq Qasım dayıdan bunlara əlavə olaraq “Maxorka” adlanan tütün çubuğunun tünd qoxusu gəlirdi.Mənə bu qoxu kəndi xatırlatdığından onu çox sevərdim...
Qadınlar, qızlar tonqal qalamaqla məşğul olarkən biz uşaqlar da Qarasu sahilinə balıq ovuna getdik. Qarasu çayının suyu o qədər aydın idi ki, iki –üç metr dərinliyində üzən balıqları görmək mümkün idi.İynəni odda əyib, qarmaq hazırladıq və balıq ovuna başladıq.Deyəsən, balıqlar suyun altından bizi yaxşı gördüklərindən, ya da duyuq düşdüklərindən atdığımız yemə yaxın gəlmədilər.Buna baxmayaraq, mənzərə bizi çox əyləndirirdi.
Axşamın alaqaranlığında ocağın ətrafına toplaşdıq; yeməklər hazırlanırdı, samovarlar dəmlənirdi. Çadırlarda və alaçıqlarda yataqlar döşənirdi, çünki qaranlıq çökəndən sonra hamı yatmağa gedəcəkdi.Səhər tezdən dan yeri ağaranda köç başlayacaqdı.
Mən ömrümdə ilk dəfə gecəni meşədə keçirirdim.Axşam günəşinin parıltısını seyr etdikcə, eyni zamanda , qırqovul və digər quşların ötüşünü dinlədikcə qəlbim sevinclə dolurdu. Bütün bunlar mənə nağıl kimi gəlirdi.Məni kəndimə , millətimə bağlayırdı.
Səhər tezdən, hələ günəş çıxmamış çadırdan çıxıb ətrafı seyr edirdim.Qəflətən qarşıdakı sıx ağacların arasından bizə doğru boylanan bir maralın başını gördüm. Heyrətdən donub qalmışdım.Onun çox gözəl gözləri var idi! Fəqət maral uşaqların səsini eşidəndə fırtına kimi meşəyə qaçıb gözdən itidi.Biz bir daha onu görə bilmək üçün uşaqlarla xeyli qaçdıq. Lakin maralın izi –tozu qalmamışdı. Biz “maral ovundan “ geri qayıdanda, ocağın üstündəki sacayağında “sac çörəyi” bişirilirdi.Qasım dayımın arvadı Sayalı bacı və Lətif dayımın arvadı Fatma bacı uşaqları ocaq başına çağırdılar və sac çörəyini isti-isti siniyə qoyub ortasını əllərilə oyaraq, bir ovuc kərə yağını ortasına qoyub, çörəyi ovxaladı. Buna döyməc deyirdilər.Təzə kərə yağı qoxusu döyməcdən çıxan buxarla ətrafa yayılırdı. Biz isə ipəkqurdları kimi oratalığa qoyulanları tez-tələsik təmizləyirdik.
Az sonra sürülər, arabalar və atlılar-hamımız bir yerdə yola düşdük. Bir neçə saat yol gedib Salahlı kəndinə çatdıq...
Liseydə oxuduğumuz müddətdə yeni il, pasxa və yay tətilərini Bakıda-evimizdə keçirirdim.Təbii bizim bayramlarımızda evə getmək mümkün deyildi.Bu mənə çox pis təsir edirdi. Hələ Novruz bayramını evdə keçirməkdən ötrü sinov gedirdim.Elə ən çox sevdiyim bayram da o idi.Bir dəfə Novruz bayramını kənddə keçirdim.Axşam kəndin oratasında topraqdan hazırlanmış kiçik tunel kimi bir keçdin üstündə tonqal qalandı. Böyük uşaqlar xüsusi nəğmələr oxuyarkən, biz balacalar sıra ilə tonqalın altındakı keçiddən keçər, böyüklərimiz isə bizim kimi balacaların hər iki əlindən tutub, tonqalın üstündən adladırdılar. Bu vaxt:”Ağrımı, qadamı alsın ocaq!” kimi sözlər də işlədirdilər.
Tonqalın alovu köz halına düşəndə, artıq qaranlıq da çökmüşdü. Bundan sonra uşaqlar böyüklü –kiçikli bir yerə toplanaraq, başlarındakı keçə və ya tüklü börkləri əllərində uzun iplə heybə və ya torbaları ilə kəndin evlərini gəzirdilər. Bu gəzmənin də özünəxas bir üsulu var idi. Kənddəki evlərin demək olar ki, hamısının damına arxasında yığılmış torpaq təpədən faydalanaraq çıxmaq mümkün idi.Uşaqlar damın belində nəğmələrini oxuduqdan sonra, torbalarını açıq olan bacadan içəri sallayırdılar.Aşağıda ev sahibləri torbalara, heybələrə hazırladıqları bişintilərdən, bitkilərlə boyanmış rəngbərəng yumurtalardan , qoz-fındıqdan pay qoyardılar. Bəzən də qızlar nişanlı olduqları oğlanların heybələrinə Novruz bayramı üçün xüsusi toxuduqları muncuqlu, rəngli kisələri, gözəl corabları və naxışlı əl yaylığı da qoyurdular.Təbii ki, bütün bunların hamısı böyüklərdən gizlin edilirdi... Qoz-fındıq dost tanış arasında bölünürdü. Ancaq adaxlı hədiyyəsi olan arxalıq(milli geyimin bir hissəsi) oğlanın özünə qalardı.
Bakıda da Novruz bayramında tonqal qalayıb , üstündən adlayardıq, ancaq Boz qurdun mağaradan keçidini təmsil edən tonqalın altındakı yoldan keçməyi isə praktik imkansızlıqlar ucbatından etməzdik.
Ancaq o gün süfrələrə baharı təmsil edən boşqablarda yaşıl otlar, içərisinə isə rəngli yumurtalar düzülür, masaya yeməklər: qızartmaklar, hinduşqa, qaz və quzu əti, yüngül şirin içkilər, noğul , şəkərbura, paxlava , şəkərçörəyi, meyvə vs. qoyulurdu.
Bayram günlərində yemək hazırlamaq çətin olduğu üçün qonaqlar hazır soyuq yeməklərdən yeyər, üstündən də paxlava ilə çay içər, yumurta döyüşdürər, zarafatlaşar və yaxın qohumlara baş çəkərdilər.Yuxarı zümrə daha çox bayramın birinci günü səhər saat 10-13 radələrində “İsmailiyyə” adlanan Xeyriyyə Cəmiyyəti binasının geniş salonunda görüşüb, bayramlaşırdı. Bu bina xeyriyyəçi bir milyonçu olan Musa Nağıyev tərəfindən gənc yaşlarında ölən İsmayıl adlı oğlunun xatirəsinə, köhnə Türk üslubunda tikdirilmiş gözəl bir bina idi.Qarşıda bu bina haqqında yenə də danışacağıq... Ancaq əvvələr bu görüşmə bələdiyyə binasında olurdu.
Ziyarətçi
Liseyin altıncı sinfinə keçəndə dərslər ağırlaşdı. Artıq bazar günləri də o qədər gəzməyə çıxa bilmirdim. Amma bir bazar günü növbətçi tələbə məni qonaqlar qarşılanan salona çağıranda vəziyyət dəyişdi.Tələbə mənə:”Görüşünə gəliblər!” –deyəndə çaşdım. Payızda bizimkilərdən kimsə bura gəlməzdi.Görəsən, gələn kimdi, deyə salona girdim.Oturacaqdan liseyin son sinif formasını geymiş bir qız qalxaraq, gülə-gülə mənə tərəf gələndə çaşqınlıqdan nə edəcəyimi bilmədim.Yəqin çox qızarmışdım ki, divarın dibində oturmuş, görüşə gələnlərin gülüşünü eşitdim.Bəlkə də mənə elə gəldi.Gələn ziyarətçi Siro Xaçaturyan di.Bu yay Dilican nahiyəsində keçirdiyim kiçik macəramın qəhrəmanı...
Göyçə gölünə yaxın, dörd yol ağzında yerləşən Dilican nahiyyəsi çox gözəl və sıx şam meşəsi ilə əhatələnmişdi.Ətrafındakı dağlarda isə qarışıq meşələr var idi. Bax, mən də 27 iyul 1895-ci ildə burada dünyaya gəlmişdim. Bu yerlərdə “Turşsu” adlanan mineral sular bol idi. Xüsusən də, Qarakilsəyə gedən şosse yolunun kənarında da bu bulaqlara çox rast gəlinirdi.Biz ümumuyyətlə, nahiyyənin hər iki tərəfdən içərisində, gözəl yarpaqlı meşədəki bulaq başına gedər, quzu kəsər, yabanı fındıq budaqlarından şiş hazırlayıb kabab bişirər, turş sudan içərdik. Böyüklər çalğı çalıb əylənər,biz uşaqlar isə meşənin dərinliyindəki talada kiçik,ancaq dadlı, qoxusu uzaqdan adamın burnuna gələn çiyələklər toplayardıq.Qoxusunun insanın burnuna gəldiyini dedim.Halbuki , bu qoxunun ayıların da burnuna gəldiyini beş-altı yaşımdaykən yenə də Dilican meşələrində öyrəndim.O vaxt məndən bir neçə yaş böyük olan Qubad qardaşım dostları ilə birlikdə Dilicandan axan Ağstafa çayında çimmək üçün anamdan icazə almışdılar. Mən də ağladım, sızladım.Uşaqlar da anama yalvarıb, mənim üçün də izin aldılar və üstəlik də məndən muğayət olacaqlarına söz verdilər...
Uşaqlar soyundular, qardaşım da məni soyundurub, çayın ortasında böyük bir daşın üstündə oturtdu.
-Sən burada otur, biz bir az çimək, sonra da gəlib səni çimizdirərik-dedi.
Mən də günorta günəşinin altında gözlədim.Bilmirəm daşın üstündə nə qədər oturub, irəlidə axın istiqamətində çimən uşaqları seyr edirdim və birdən çaya düşdüyümü hiss elədim. Axıntı məni aşağıya doğru sürükləyir, mənsə qorxu içində əllərimi sağa-sola çırparaq , yapışacaq bir şey axtarırdım.Qəfildən əlim bir ayağa toxundu. Bərk-bərk yapışdım.O an qardaşım və ayağından yapışdığım uşaq mənim suya düşdüyümü bilmiş və dərhal məni sahilə çıxarmışdılar . Ancaq bu hadisəni anama danışmamalıydım.Əks təqdirdə çaya çimməyə getməyimizin sonu ola bilərdi.Söyləməyəcəyimə dair məndən söz alan uşaqlar mükafat olaraq, məni özləri ilə bərabər, yuxarıdakı təpəyə, oradan da meşəyə çiyələk toplamağa aparacaqlarını vəd etdilər.
Təpə çox yaxında idi.Qumsal torpaqlarla addımlaya-addımlaya yuxarı dırmaşdıq. Bir az sonra meşədəki talaya çatmışdıq.Burnumuza çiyələk qoxusu gələn kimi meşənin dərinliyinə doğru qaçdıq. Burada, həqiqətən də, çoxlu çiyələk vardı. Biz bir tərəfdən özümüz yeyir, bir tərəfdən də kiçik səbətə çiyələk yığırdıq. Bir ara qulağımıza kol-kos budaqları qırılırmış kimi səslər gəldi. Dinşədik. Nə ola bilərdi? Görəsən, tanımadığımız bir kimsəmi gəlirdi? Hamımız qaçmağa hazırlaşdıq. Birdən, o əcaib səs yaxında eşidilməyə başladı. Nə görsək yaxşıdı? On beş-iyirmi metr aralıda sarı bir ayı ayaq üstə durub bizə baxır... Bu dəhşətli mənzərəni heç vaxt unuda bilmədim. Qorxudan dilimiz tutulmuş halda əlimizdəki səbətləri ataraq , qumsal enişə doğru qaçdıq. Mən yastıq kimi yumuşaq torpaqla çaya doğru yuvarlandım.Qurtlumuşduq!Ayı dırmaşmaqda yaxşıdır, amma düz enişlərdə qaça bilmir.Elə buna görə də əlindən xilas olduq.Ayı hələ də yuxarıda iki ayağı üstə durub yekə daşları bizə tərəf atırdı.Təbii ki, bunu da evdə danışmadıq.Əsk təqdirdə, bir daha çiyələk toplamağa “Əlvida!” deyəcəkdik. Bu hadisədən bir və ya iki il sonra daha bir boğulma təhlükəsi yaşadım...
O yay yenə də Dilicana getmişdik. Kənddəki qohumlarımız Dilicandan keçib, Əyrikar dağına yaylağa çıxırdılar. Bu səbəbdən, qohumlarımız yaylağa gedəndə işlərini həll etmək üçün Qazax şəhərinə gedəndə, bir müddət bizim evdə qalırdılar. Belə bir səfər zamanı qardaşım Qubadla məni də özləri ilə bərabər Poylu kəndinə aparıb, gətirmək üçün icazə aldılar. Əslində, mən getməsəm də olardı.Çünki uşaqlar Qubadın dostları idi. Kənddə olduğumuz vaxt qardaşımın dostu bizi Ağstafa çayının kənarında salınmış bostanlara apardı. İçində pendir olan dürməklə, dadlı qarpızlardan yedik...Sonra çimmək məsələsi gəldi.Qardaşım kənarda suya baş vurub çıxırdı; dərinlərə getmirdi. Ancaq dostu Həsən (bir neçə yaş qardaşımdan böyük idi) dərinliklərə gedir, gözəl üzürdü. Bir ara məni də qucağına alaraq suya girdi. Ancaq birdən batıb çıxdıq, batıb çıxdıq... Qardaşım kənardan bizi seyr edib gülürdü. Halbuki Həsənin də (sonradan öyrəndim) nəfəsi kəsilir, məndən qurtulmaq istəyirmiş. Mənim boynumdan tutub, üzərək sahilə çıxacaqmış... Amma can şirin şeydir, mən hər dəfə suya qərq olanda, Həsənin boynunu bir az da bərk-bərk sıxırammış... Allahdan, Həsəngilin sürülərini otaran çoban yaxında imiş, bizim batıb-çıxdığımızı görəndə , soyunmadan suya atılmış və bizi xilas etmişdi.Amma bu hadisədən sonra, yenə də ata-anamızın xəbəri olmadı...
Beləcə, Dilicanla bağlı köhnə xatirələrim vardı.Yenisi də bu yay baş vermişdi. Buna da səbəb İlyas Qayıboğlu oldu. Həm uzaq qohumumuz, həm də qardaşım Qubadın dostu. Bizdə bir neçə gün qaldı. İndi də Dilicandan Qarakilsəyə , oradan da Rusiyaya çıxıb gedəcəkdi.O ərəfədə İlyas Xarkovda Texniki Mühəndis İnstitunda oxuyur, qardaşım isə Moskvada əczaçılıq təhsili alırdı.Böyük qardaşım Əli isə Xarkovda təhsilini bitirmişdi.
O il sinifdən sinfə yaxşı keçdiyim üçün ,yəni “bəy sinfində” qalmadığım üçün mənə bir velosiped alınmışdı.Velosipedi bacımın oğulluğu və mənim həmyaşıdım olan Yusiflə birlikdə Dilicandan keçən yolda sürərdik və uzaqlar getməzdik , çünki buraxmazdılar.O cümlədən Dilicanı dövrələyən meşəli dağlarda iki qaçaq var idi:Qaçaq Cahangir və Qaçaq Kərəm. Cahangir çox sərt adam idi. Rus jandarmlarına göz verib, işıq vermirdi.Bu üzdən də kənar yollarda gecə yola çıxmağa kimsə cəsarət etməzdi. Hətta jandarma dəstələri gecə düşən kimi geri dönərdilər.
Dilicandan hər gün günorta vaxtı Qarakilsəyə bir “dilijans” gedərdi.Dilijans-arxa-arxaya iki cüt at qoşulmuş, dörd təkərli, üstü çadırlı, uzun bir arabaydı.Bu arabanın ortasında uzun bir skamya vardı.Yolçular beş-beş, altı-altı bu skamyanın hər iki tərəfində oturur, kürəklərini ortadan keçən taxta bölməyə dayayırdılar.Ayaqlarını da uzadırdılar.Baqaj dilijansın arxasındakı yüklüyə yerləşdirilirdi.
Dilijans yolçularını doldurub, hərəkət edərkən, mən də bir müddət velosipedimi araba ilə yanaşı sürüb, İlyası müşaiyət etdim.Araba yoxuşu dırmandı və bir imarətin önündə durdu.Biraz sonra oradan orta yaşlı bir kişi çıxdı və dilijansın boş olan tərəfinə keçərək oturdu.Sonra : ”Siranuş!Siro!”-deyə evə doğru səsləndi.Oradan velosipedli bir qız çıxdı.On altı, on yeddi yaşında olardı. Bu arada, diljans da hərəkət etdi.Düz yola çıxdığımız üçün , mən də yorulmadan araba ilə yanaşı gedə bilirdim.
Bu arada , yeni minən yolçu, yəni qızın atası rusca mənə müraciət etdi:”Bəy oğlan! Siz də Qarakilsəyə gedirsiniz? Mənim qızımla yol yoldaşı olarsınızmı?”
Doğrusu, bu təklif xoşuma gəldi... Yoxsa, özbaşına qətiyyən bir qıza yaxınlaşmazdım. Amma bir qızla bərabər velosipedlə səyahət etmək mənə xoş gəldi.Çarəsiz olaraq mən də yalan söylədim:”Əlbəttə,Qarakilsəyə gedirəm, qızınızla bərabər dilijansı təqib edərəm”-deyə, cavab verdim.Yaxşı ki, bizim söhbətimizi İlyas eşitməmişdi, hər halda müdaxilə edərdi...
“Turşsu” bulağını və buradakı bir “molokan”(südiçən ruslar, yəni içki içməyənlər) evini keçərək, meşəyə girdik.Yol o qədər gözəl idi ki, havalanıb mahnı oxumaq istəyirdim.Yolun hər iki tərəfində meşəli təpələr vardı; ağaclar şossenin üzərindən budaqlarını uzadıb, bir-birinə sarılmışdılar.Belə ki, günəşi ancaq yuxarıdakı yarpaqların arasından görə bilirdik. Başlanğıcda mənim kimi sıxılan Siro mənzərənin təsiri ilə dil açmış, durmadan liseydən, yoldaşları haqqında danışırdı. Təbii , mən də öz liseyimizdən, dərslərdən , başıma gələnlərdən fürsət tapdıqca bəzi şeylər söyləyirdim.Belə ki, qısa bir zamanda köhnə dostlar kimi olduq.Lakin məni narahat edən bir cəhət vardı, Siro liseyin sonuncu sinifindəymiş.Yəni məndən iki sinif yuxarı.Ancaq liseyimizdə axşamlar çoxlu kitab oxumağımın mənə xeyli köməyi olmuşdu.Belə ki, bəzən bildiklərimə Siro da heyran qalırdı. Artıq aramızda iki siniflik fərq olmasına rəğmən, yuxarıdan aşağı baxmağı və təşəxxüsü aradan qalxmışdı. Biz iki dost kimi danışa-danışa gedərkən, birdən yolumuz eniş aşağıya enməyə başladı.Velosipedlərimiz get-gedə sürətini artırarkən, birdən Sironun qışqırığını eşitdim:” Velosipedimin əyləci işləmir!”.Velosipeddən düşsəydim , ona çata bilməzdim. İrəlidə -yolun sol tərəfində düz çəmənlik gördüm. Dərhal ağlıma qurtuluş çarəsi kimi onun oraya dönməsini fikirləşdim:”Sola dönün,çəmənliyə!”-deyə, qışqırdım. Siro çəmənliyə yuvarlanarkən, mən velosipedimi dayandırıb, tullandım və qızın arxasınca qaçdım. Fəqət ona çatmadım. Siro velosipedi ilə bərabər çəmənliyə yıxılmışdı. Dərhal onu yerdən qaldırdım.Əl-ayağı bir az cızılmışdı. Orada tapdığım kiçik bulaqda əl-üzünü yudum. Zavallı qız atasının onu bir daha velosipedə mindirməyəcəyi qorxusu ilə ağlamağa başladı.Mən ona təslli verdim. Alnındakı cızığı atası görərsə”ağacın budağı dəydi deyərik”-dedim. Dərhal sevindi və təşəkkür etdi. Biz tez yolumuza davam etdik. Dilijans bizə çatar və hər şeyi bilərlər deyə, hər ikimiz narahat olurduq.
Bir ara yolun kənarında qoyulmuş kötüyün üstündə oturduq. Biz ayağa durmaq istəyərkən dilijans gəlib bizə çatdı.Siro atası ilə bir müddət danışandan sonra mənə yaxınlaşdı. ”Yaxşı yoldaşlığınıza görə atam sizə təşəkkür edir”,-dedi. Mən isə bu sözləri dinlərkən öz-özümə:”Əgər , atası bilsə ki, mən Qarakilsədə qalmayacam,təkrar geri dönməm lazımdır, nə deyəcək görəsən?”-deyə düşünürdüm.
Dilijans hərəkət etdi, biz də onun dalınca... Bir ara İlyasın yanından keçərkən başını buladı. Yəni demək istəyirdi ki, bu nə işdi görürsən... Amma ox yayından çıxmışdı artıq.Bir tərəfdən evə dönərkən anamdan kötək yeyəcəyimi düşünür, o tərəfdən isə, velosiped minmiş bir qızla səyahət etmək çox xoşuma gəlirdi.Özümü bir tərəf-müqabil, həm də qızın cangüdəni rolunda görürdüm...
Nəhayət, Qarakilsənin ilk evləri göründü. Otuz səkkiz kilometr yol nə tez başa çatdı? Siro ilə onların Qarakilsədə kirayələdikləri imarətə girdik. Ancaq bir saat sonra dilijans da qapının önündə durmuşdu.İlyas bir az əvvəl yolda faytondan düşüb, stansiyaya getmişdi ,qatara yetişmək üçün...
Sironun atası dilijansdan enərkən belindəki köhnə mauzeri gördüm və gülümsədim. Bu bədbəxt Qaçaq Kərəmdən qorxurmuş. Amma qarşısına çıxsaydı, nişançılığı ilə məhşur olan Kərəmə güllə atmağa bu adam fürsət tapa bilərdimi?
Kişi məni evə dəvət elədi. İçəri girdim.Xanımı samovarı hazırlamışdı.Siro mənə bir fincan çay gətirdi.Tələsik çayı içdim, təşəkkür edərək, getməyə icazə istədim.Vidalaşarkən atası: ”Siz harada olursunuz?”-deyə soruşdu.Təbii o, mənim Qarakilsənin harasında qaldığımızı soruşurdu. Mən ona “Dilicanda!”-deyə, cavab verəndə çaşdı:
-“Nəəə... indi Dilicanamı qayıtmaq istəyirsiniz?”-deyə hayqırdı...
-Əlbəttə!Getməliyəm, məni evdə gözləyirlər.
-Qətiyyən buraxmaram.Yollar təhlükəlidir.İndi saat altıdır,az sonra şər qarışacaq, gecə yol gedə bilməzsən. Mən Dilicana telefon açaram, poçt vasitəsilə evinizə xəbər yollayarıq, gecəni bizdə qalarsınız...
Amma mən bununla da razılaşmadım və təşəkkür etdim.Birincisi , axşam telefon etmək mümkün deyil, ikincisi də, tək bir otaqda qadınların arasında yata bilməzdim, ayıb bilirdim. ”Yaxşı!”-dedi-Sironun atası, sizi oteldə yerləşdirərik.Sabah sübh tezdən yola düşərsiniz.
Əlim cibimdəki gümüş beşqəpilkiyə toxunarkən, bunu da mənim üçün qeyri-mümkün olduğunu anladım.Qərarım qəti idi.
Yolçu yolda gərək-deyə, ev sahiblərinə təşəkkür etdim və hamısı ilə vidalaşaraq ayrıldım. Bütün ailə narahat idi: Siro bir az da artıq. Bunu söyləməsə də, ancaq onun nəmlənmiş gözlərindən açıq-aydın görünürdü. Bu arada dözmədi:”Yolda qaçaqlar var, getməyin, bizdə qalın!”-dedi. Baxmayaraq ki, bu mənim kişilik qürurumu oxşadı, amma içimdən “mən Türkəm, gecə də yola çıxa bilərəm!”-deyə düşündüm.
Bütün ailəyə təşəkkür edəndən sonra ayrıldım. Siro məni küçəyə qədər ötürdü. Mən ona: ”Qayıdın artıq”-deməsəydim, yanımca getməkdə davam edəcəkdi.
Qarakilsədən şosseyə çıxanda , velosipedi yaxşıca gözdən keçirdim; təkərlər yaxşı vəziyyətdə idi, əl və ayaq əyləcləri yaxşı işləyirdi.Təkərləri yağladım, sonra “Bismillah!” deyib yola düzəldim. Sərt yoxuşlu bu yolu ancaq 5-6 saata qət edəcəyimi təxmin edirdim.Demək Dilicana ən tezi gecə yarısı çata biləcəkdim. Elədirsə, irəli! Pedalları var gücümlə basırdım, lakin yorğunluq və yolun sərt və yoxuş olması məni yorurdu.Yavaş-yavaş ətraf meşələrdə qaranlıq çökməyə başladı. Bu gecə ay da gec doğacaqdı.Heç də yaxşı deyildi.Getdikcə, uşənməyə başlayırdım: Birdən qarşıma ayı çıxsa?... Öz-özümə cavab verirdim:”Velosipedi geri döndərib, dərhal sürətlə aşağıya doğru uzaqlaşaram.”Bu izahatım mənə cəsarət verdi. Birdən , qaçaqlar qarşıma çıxarlarsa? Soyulacaq bir dənə gümüş beşqəpiyim var. Amma onu da almazlar. Türk olduğumu bilsələr, hələ bəlkə məni atlarına da mindirərlər, bəlkə də, yoxuşu qalxana qədər mənə kömək də etdilər... Bu cavabdan məmnun qaldım... Ya da az sonra bir erməni kəndinin kənarından keçəcəyəm, qabağımı kəssələr noolar? Buna dərhal cavab tapa bilmədim. Lakin az sonra cavabını praktiki tapdım. Bir ara uzaqdan araba təkərlərinin səsi gəldi; səs yavaş-yavaş yaxınlaşdı.Demək, yuxarıdan aşağıya enən arabadır... Bunu düşünərkən, qarşıma bir kişi çıxdı, onun da arxasınca araba... Məni saxladılar, türkcə kim olduğumu soruşdular. Ləhcələrindən erməni olduqlarını anladım. Mən onlara rus dilində , nə dediklərini başa düşmədiyimi söylədim. Ancaq mənim rus olmadığımı biləndə, hansı millətdən olduğumu soruşdular. Mən də :”Gürcüyəm!”-deyə cavab verdim; Tiflisdə oxuduğum üçün, Gürcü dostlarımdan bir az Gürcücə öyrənmişdim. Bunlara sübut etmək üçün bir neçə Gürcü kəlimələri də işlətdim.Onlar inanmışdılar. Mənə :”Türk olsan, burdan keçməzdin, qorxardın; Gürcü olduğun üçün qorxmursan və gecə yola çıxırsan “-dedilər və yollarına davam etdilər. Beləcə, cavabını hazırlamaqdaykən bu məsələni də həll edib , yoluna qoya bildim.Böyük bir təhlükədən adladığımı anlayırdım.Allah eləməsin, birdən geri dönərlərsə, meşədə gizlənməyi və ayıdan qurtulmaq üçün fikirləşdiyim planı tətbiq etməyi düşünürdüm.
Daha bir müddət yol getdim.Bu dəfə qarşıdan atlılar gəlirdi.Onlar rus dilində hündürdən danışırdılar. Demək, rus jandarması idi: qaranlıq düşdükcə Qarakilsəyə sığınmağı düşünürdüm. Gerçəkdən də , qarşıma bir jandarma dəstəsi çıxdı. Məni saxladılar. Zabitləri haraya getdiymi soruşdu.Ona”Dilicana!”-dedim. Zabit heyrətləndi:”Nə danışırsan, oğlan, gecə vaxtı yola çıxarlar? Hər halda qaçaqlardan xəbəriniz var!” Zabit mənim Rus dilində səhvsiz və ləhcəsiz danışdığımı görüncə qaranlıqda məni rus bilmişdi:”Mən sizi buraxmaram, oğlan!-dedi zabit. Hər halda təhlükəni qavramırsınız!”-deyə əlavə etdi.
-Mən mütləq getməliyəm, evdə məni gözləyirlər deyincə:
-Biz Dilicana telefon edərik-dedi.
Zabitin yanındakı gərək ki, çavuş idi; saat altıdan sonra telefonla danışmaq olmur deyincə, bu dəfə də jandarma karakolunda yatmağımı təklif etdi. Mən təşəkkür edib, bunu da rədd edincə, zabit: ”Siz bilirsiniz, daha mən üzərimə məsuliyyət götürmürəm!”-dedi.
Mən vidalaşıb ayrıldım. Zabit arxamca qışqırdı:”Şirin yuxular!” Hamısı qəhqəhə ilə gülüşdü.
Atların nallarından qopan səslər get-gedə uzaqlaşırdı. Mən də meşənin qaranlığına girmiş, pedalları var gücümlə basırdım. Bir ara yol görünməz oldu. Şossedə hərəkət etməkdə olduğumu təkərlər vasitəsilə hiss edirdim.Sağa-sola çıxanda velosiped büdrəyirdi.Yanımda saat olmadığından , saat olsa belə kibrit tapılmadığından, saatın neçə olduğunun fərqində deyildim. Lakin təqribən üç saat olardı ki, yoldaydım.Xeyli yorulmuşdum.Hələ yuxusuzluq... Bax ona heç dözümüm yoxdu.Uşaqlıqdan bəri axşam saat səkkizdə və ya doqquzda yatağımda olurdum. Arabir gözlərim yumulur, velosipedi necə idarə etdiyimi özüm də bilmirdim.
Qəflətən qulağıma uzaqdan bir səs gəldi.Velosipeddən düşüb dinlədim.Bu səs yuxarılardan gəlirdi.“Deməli,Qarakilsəyə gedəndir, yubanıb.Görən kimdir?Hansı millətdəndir?” Bir az sonra arabanın qoşa atlı bir ”molokan” arabası olduğunu görüb, ağacların arxasından çıxdım. Rusca:”dobrıy veçer!”(Axşamınız xeyir!) –deyəndə, arabaçı arabanı dayandırdı və mənə yaxınlaşıb salamalşdı.
-Hara gedirsən, oğlan, gecənin bu gecə vaxtı?
-Dilicana!..
-İnciməyin,amma siz ağlınızı itirmisiniz.Gecənin bu qaranlığında uçurumamı yuvarlanmaq istəyirsiniz? Dağlıq Dilicana on kilometrə qədər yolunuz qalıb, amma hər halda ən təhlükəli qismin ora olduğunu siz də bilirsiniz.
Hə, gündüz keçdiyim o sərt qayalıq ağlıma gəldi: yolun kənarına çoxlu dirəklər basdırılmışdı. Buradan keçərkən qorxaraq velosipedlə sürətlə aşağı endiyim vaxt çox sağa burulsam, noolardı?.. Qurtuluş yoxdu! Uçuruma yuvarlanardım.
Bu arada molokan mənə :”Burada bir az gözləyin, səhər-səhər oradan biçdiyim otları toplayım, sonra birlikdə bizə gedərik, gecə bizdə yatar, sübh tezdən də mən səni oyandıraram.Bir saata evinizə çatarsınız.Ən ağıllısı budur. Özünüzü boş-boşuna təhlükəyə atmayın.
Hə! Mən də bunun ağıllı iş olacağına inamışdım.Onsuz olan olmuşdu. Döyülməyə layiq idim.Qalsam da o olacaqdı, gecə getsəm də... Onda heç olmasa, uçuruma yuvarlanmadan qurtulum.
-Yaxşı!-dedim adama.-Çox təşəkkür edirəm.Sizdə qalacam!
Kişiyə otları arabaya yığmağa kömək elədim.Kefim açıldı.Bir anda yuxumu və yorğunluğumu unutdum. Bir az sonra velosipedi də otun üstünə qoyub, kişinin yanına oturdum.Yola düşdük. On-on beş dəqiqə sonra artıq molokanın evinə çatmışdıq. Kişi arabanı həyətə çəkərək, atları açıb, axura saldı. Ertəsi gün səhər otu Dilicandakı inək sahiblərinə satacaqmış...
Böyük bir otağa girdik.Bizi yaşlı bir qadın salamlayıb qarşıladı və süfrə başına dəvə t etdi. Qabağıma bir parça çörək və bir qab da süd qoyub:”Başqa şeyimiz yoxdu-dedi, bağışla!”
Mən təşəkkür etdim. Ancaq o qədər yuxum gəlirdi ki, yemək yeyəcək halda deyildim.
“Mükünsə, mən yatım”-dedim.Qadın dərhal mənə ”peç” dedikləri yeri göstərdi. Peç- ocaq deməkdir. Divarda daş və ya kərpic ilə hörülmüş , içərisində ocaq qalanan bir yerdi. Bunun qarşısına yerdən yorğan-döşək sərilər, qışda daşların istisi də insanı soyuqdan qoruyar. Rus kəndlərində də belə “peçli” evlər var.
Balaca pilləkənlə yuxarı qalxdım. Ev sahiblərinə:”Allah rahatlıq versin!”-dedikdən sonra yuxuya getdim.
Səhər sübhdən oyananda kişini otaqda görmədim.Tələsik aşağı düşdüm.Qarşıma qadın çıxan kimi:”Aman , ərim eşitməsin, yoxsa, mənə çox hirslənəcək. Mənə nə badə uşağı oyandırarsan, çox yorulub, qoy yatsın demişdi.İndi mən nə deyəcəm ona? Səs saldın ki, oyandı-deyə , məni danlayacaq.Ərim türkləri çox sevir, həmişə də türk kəndliləri ilə yaxınlıq edir.Ona görə səni evə gətirdi.Türklər mərd insanlardı, deyir.”
Mən qadına təşəkkür etdim.Dərhal yola düşüb ərinə çatmalıyam.Özüm oyandığımı da ona başa salaram. Ancaq qadın heç cürə məni buraxmaq istəməyərək: ”Süd için, bir az da çörək yeyin, sonra gedərsiniz”-deyirdi.
Qadının qəlbini qırmaq istəmədiyimdən , bir fincan isti süd içib, bir az da çörək yedim. Yediklərim sanki , boğazımda tıxanıb qalırdı.Görəsən ,anam məni necə qarşılayacaq?..
Ev sahiblərinə necə təşəkkür edəcəkdim? Nə ilə əvəzini ödəyəcəkdim? Ağlıma cibimdəki gümüş beşqəpik gəldi.Onu gizlincə fincanın altına qoyub, qadınla vidalaşdım və velosipedimə minərək, yel kimi sürdüm.Yol eniş olduğundan tezcə arabaya çatdım.Ona minnətdarlığımı bildirərək, yaxşıca yatdığımı və öz-özümə oyandığımı başa saldım.
Dilicanın “molokan” məhəlləsinə girdiyim vaxt, sabahın çox erkən saatları olduğundan , küçədə heç kimə rast gəlmədim. Bizim villa küçənin dönəcəyində olduğundan uzaqdan görər-görməz, sevincimdən uzun səsli siqnalımı çaldım... Bir ara eyvanda anamı gördüm, evə yaxınlaşanda isə, əlində böyük bir kötək olduğu diqqətimi çəkdi. “Deməli, kötəklənəcəm...” deyə düşündüm və velosipedi evin qabağına qoyub, düz villanın arxasındakı gözəl şamlığa girdim. Gözəl qoxan şamlıqda, quru iynə yarpaqların üzərində səhər günəşi altında xəfif yuxuya gedirdim ki, Qubad qardaşımın səsini eşitdim:
-Gəl, evdə səni gözləyirlər!..
-Getmirəm, anam döyəcək.
-Yox , vallah döyməyəcək.Əli qardaşımla Sürəyya bacım və qonaqlar döyməməsi üçün anama yalvardılar ki, qoy uşaq gəlib baş verənləri danışsın.
-Yox, getməyəcəm, yalan deyirsən...
-Vallah, aldatmıram.Həm də günortaya nə var, bilirsən? Doğa və südlü plov... Ən çox sevdiyin yeməklər!
Buna düzü dayana bilmərəm...Bəs, kötək?..
-Sənə dedim axı, qonaqlar qoymayacaq, anam da söz verdi.
Mən razı olub:
-Əvvəlcə mənə dünən baş verənləri danış, sonra evə gedim -dedim.
-Dünən axşam sən evə gəlməyəndə, Yusif sənin velosipedlə İlyası izlədiyini dedi.O vaxt başa düşdük ki, velosipedlə Qarakilsəyə getmisən.Gecə gec vaxta qədər gözlədik.Geri qayıtmadığını görəndə də anamla böyük qardaşımız Əli poçta qaçdılar ki, Qarakilsə poçtuna zəng etsinlər, əliboş qayıtdılar.Poçt şöbəsi axşam altıya qədər açıq olurmuş... Beləcə, anam səhərə qədər yatmadı, səhər də