UEFA Türkiyənin “Qalatasaray” klubuna cəza verib.
“Qafqazinfo” xəbər verir ki, İstanbul nəhəngi Çempionlar Liqasının növbəti səfər oyununda azarkeşlərinin dəstəyindən məhrum olacaq. “Sarı-qırmızılar”ın fanatları səfər matçına buraxılmayacaq.
Ali futbol qurumu həmçinin, klubu 40 min avro məbləğində cərimələyib.
Cazanın səbəbi pley-off mərhələsinin “Yuventus”la İtaliyada baş tutan oyununda baş verən hadisələrdir. Belə ki, türkiyəli azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər, meydana yad əşyalar atıblar.
Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqasında növbəti səfər matçını “Liverpul”a qarşı keçirəcək. Matç martın 18-dən 19-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Son xəbərlər
Son Xəbərlər