“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Strategiya departamentinin müdiri Anar Qasımov vəzifəsindən azad edilib.
“Qafqazinfo”nun İqtisadiyyat.az-a istinadən verdiyi məlumata görə, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq Əmr imzalayıb.
Onun yerinə isə hələlik təyinat olmayıb.
Qeyd edək ki, dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olan 41 yaşlı A.Qasımov 2023-cü ildən ADY-də çalışırdı.
Son xəbərlər
Son Xəbərlər