İrana aid hava yolu şirkətlərindən birinin Qazaxıstandan qayıdan iranlı pilotları, ekipaj üzvləri və stüardessalar “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə ölkələrinə keçid ediblər.
“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, ümumilikdə, 14 nəfər İran vətəndaşının keçidi təmin olunub.
Onlar xarici uçuş həyata keçirdikdən sonra İranda baş verən hadisələr səbəbindən və hava yolu bağlı olduğundan geri qayıtmaq üçün quru yolu ilə - Azərbaycan ərazisindən ölkələrinə qayıdıblar.



Son xəbərlər
Son Xəbərlər