Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara - Xüsusi təqaüdlər veriləcək

adlari-qizil-kitaba-yazilmis-genc-istedadlara
Oxunma sayı: 996

Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncama əsasən, adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 61 847 manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməli, Mədəniyyət Nazirliyi isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.