Xamenei ilə vida mərasimi təxirə salındı - Yenilənib

xamenei-ile-vida-merasimi-texire-salindi
Oxunma sayı: 6692

İranın mərhum Ali Lideri Əli Xamenei ilə vida mərasimi bu gün başlayacaq və üç gün davam edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran hakimiyyətinin məlumatında deyilir. 

Vida mərasiminin Bakı vaxtı ilə saat 22:30-da başlayacağı bildirilir. 

Xatırladaq ki, Əli Xamenei fevralın 28-də İsrail və ABŞ-nin Tehrana zərbələri zamanı ölüb. Onun doğulduğu Məşhəd şəhərində dəfn olunacağı bildirilir

***

“Tasnim” agentliyinin məlumatına görə, Xamenei ilə vida mərasimi təxirə salınıb. 

Mərasimin yeni proqramının daha sonra elan ediləcəyi bildirilir. 

***

Tehran əyalətinin İslam Təbliğatının Əlaqələndirmə Şurası vida mərasiminin təxirə salınmasının səbəbini açıqlayıb.

Bildirilib ki, mərasimin təxirə salınmasının əsas səbəbi müxtəlif əyalətlərdəki çoxsaylı insanların dəfn mərasiminə çatmaq üçün dəfələrlə müraciət etməsi olub.