“Yollar it günündə, hər yan zir-zibil...” - Aytən namizədlərə əsəbiləşdi

-yollar-it-gununde-her-yan-zir-zibil
Oxunma sayı: 4496

Teleaparıcı Aytən Səfərova seçkilərdən bəhs edib. “Qafqazinfo”nun məlumatına görə, teleaparıcı Suraxanı rayonundan deputatlığa namizəd olanlara iradını bildirib:

“Suraxanı rayonundan deputatlar və ya namizədlər kimdir? Yollar it günündə, hər yan zir-zibil, qaz ilangözü, uşaq meydançaları sınıq-salxaqdır. Yəqin, seçiləcəklərinə çox əmindilər ki, hətta seçkiqabağı kampaniya zamanı əllərini ağdan-qaraya vurmayıblar. Allah Anar Məmmədxanova rəhmət eləsin. Heç olmasa, o, vaxtı ilə nəsə eləmişdi.
İndi Suraxanıdan Milli Məclisdə oturub genələn kimdir, kimin kimsəsidir? Niyə seçilmək istəyirsən?! Növbəti 4 il də parlamentdə oturub səni seçən milləti vecinə almayacaqsan? Axrıncı dəfə nə vaxt bu camaatın qarşısına çıxmısan?”

Könül