103 nəfər də Laçına gedir - Fotolar

103-nefer-de-lacina-gedir
Oxunma sayı: 2397

Bu gün Laçın rayonunun Zabux kəndinə daha 25 ailənin köçü başlayır.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, bu mərhələdə Zabux kəndinə daha 25 ailə - 103 nəfər köçürülür.

Belə ki, Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. 

Xatırladaq ki, Zabuxa ilk köç bu il avqustun 25-də baş tutub. İndiyədək bu kəndə 71 ailənin, yəni 291 nəfərin daimi məskunlaşması təmin edilib.