“12 –ildir YAP-ın üzvüyəm, bununla qürur duyuram”

12-ildir-yap-in-uzvuyem-bununla-qurur-duyuram
Oxunma sayı: 672

“14 dekabr “Narkotikə yox deyək!” adı altında konsert verəcək tanınmış müğənni Xuraman Şuşalının “Qafqazinfo”ya müsahibəsi

-“Narkotikə yox deyək!” devizi altında konsert keçirtmək ideyası sizdə nə zaman yarandı?
- İdeya təşkilatçı Samir Xəttabdan gəldi. Düşünmədən qəbul etdim.

-Sizin bu konsertə ictimai-siyasi qurumlar dəstək verdi. Bunu necə dəyərləndirirsiniz?
-Bu çox sevindirici haldır. İctimai-siyasi qurumların dəstəyi biz gəncləri gələcəkdə daha uğurlu addımlar atmağa həvəsləndirir. Hər kəsə öz dərin təşəkkürümü bildirirəm. Dövlətimiz narkomaniyaya qarşı lazımı tədbirləri görür. Sadəcə olaraq bizlər bacardığımız qədər bu aksiyalara dəstək olmalıyıq. Bir sözlə vətəndaş olaraq vətənə xidmət etməliyik. Bu bizim mənəvi borcumuzdur. Ümumiyyətlə, indiyədək müxtəlif xeyirxah tədbirlərdə (Qocalar evi, kimsəsiz uşaqlar evi, cəza çəkmə müəssisələri, cəbhə xətti və s.) iştirak etmişəm. Hər zaman belə aksiyalardan mənəvi zövq alıram. Necə deyərlər “Azərbaycan Respublikasına xidmət edirəm”.

- Siyasətçilərdən bu dəstəyi gözləyirdinizmi?
- Narkomaniya təhlükəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 26 avqust 1996-cı ildə “Narkomaniya və narkotika dövriyyəsinə qarşı tədbirlər haqqında” fərman verib. Siyasətçilərimiz də bu kimi aksiyalara hər zaman dəstək olublar. Bu xəbəri də eşidəndə çox sevindim. Təbii ki, hər bir sənətçi istəyər ki, onun yaradıcılığına dəstək verilisin. Siyasət adamlarının dəstək verməsi isə işin daha uğurlu olmasının göstəricisidir. Nəzərinizə onu da çatdirim ki, bu hadisə mənim yaradıcılığımda birinci hal deyil. Bu il Gül Bayramında “Azərbaycan” adlı klipimi təqdim etdim. Klip vətənpərvər ruhda idi. Həmin vaxt üzvü olduğum partiya mənə dəstək oldu. 12 –ildir YAP-ın üzvüyəm. Bunula da qürur duyuram.

- Azərbaycanda nə qədər insan narkotikdən əziyyət çəkir. Bundan xəbəriniz var?
- Bu suala aidiyyatı orqanlar cavab versə daha düzgün olar. Mənim səlahiyyətimə aid olmadığından cavab verə bilmərəm.

- Niyə sənət adamları arasında bu cür aksiyalara maraq azdır?
- Digər xarici dövlətlərlə müqayisədə bizdə bu bəladan çox az faiz insan əziyyət çəkir. Onlarda isə bu göstərici daha yüksəkdir. Bəlkə də bu səbəbdən xarici dövlətlərdə sənət adamları tərəfindən belə aksiyalar bizə nisbətən daha çox keçirilir. Dekabırın 14-ü təşkil olunacaq tədbir hələ işin başlanğıcıdır. İlk olaraq bu məsuliyyət mənim üzərimə düşdü. Zənnimcə bundan sonra sənətçilərimiz bu kimi aksiyalara daha çox həvəs göstərəcəklər.


- Bəlkə elə ən çox istifadə edən də onlardır bu üzdən maraq yoxdur?
- Yox, belə deməzdim. Razı deyiləm. Sənət adamları arasında kifayət qədər əqidəli insanlar var.

- Narkotikə alüdə olma hadisəsi hər bir insanın başına gələ bilər. Sizdə necə, yaxınlarınızda, dostlarınızda belə hadisə olubmu?
- İnsan ağlını bir az işə salsa narkotikə qurşanmaz. Narkoloqlar bildirib ki, əvvəlcə narkotika insanı tapır, daha sonra insan onun arxasınca düşüb axtarır. Yəni insanı özündən asılı salan bir maddədir. Ən yaxşısı onu istifadə etmə. Etdinsə çətin yaxa qurtarasan. Şükürlər olsun ki, yaxınlarımdan ağ ölümdən əziyyət çəkəni yoxdur. Yeri düşdükcə məlumatlı insan kimi zərəri haqqında ətrafdakılarıma anladıram.

- Narkotikə yox deyən bir insan kimi bundan istifadə edən insanlara nə deyərdiniz?
- O insanın hər şeyini əlindən alır. Sonda Allah Təalanın əmanəti olan canı. Yəni Cənnəti alır cəhənnəmi qazandırır. Məsləhətim odur ki, narkotiki canınızdan çıxarandan sonra, ən əsası ağlınızdan çıxarın.


- Bu konsertin təşkilatçısı Samir Xəttabın işinində razısanmı? Yəni çatışmayan cəhətləri varmı və nəyə görə onun təklifinə hə dediniz?
- Samirin işindən tam razıyam. İşini biləndir. Peşəkar təşkilatçıdır. Xeyirxah missiya olduğu üçün hə dedim.

- Bu konsertdən sonra sənətinizdə daha nə kimi yeniliklər olacaq?
- Qarşıda yaradıcılıq planları çoxdur. Tezliklə yeni albomum işıq üzü görəcək. 2-ci klipin çəkilişlərinə hazırlaşıram. Hal-hazırda çox peşəkar kollektivlə çalışıram. Produser Sərxan Qədimov, kordinator-Yusif Arifoğlu, Geyim işlərimlə tanınmış modelyer Şəlalə Maqsudova, makiyaj, qrim-vizajist - stilist Natiq, fotolarımla Nurlan Bakılı, Klip və digər işlərimlə operator Orxan Əli və rejissor həyat yoldaşım məşğuldur.