12 nəfər dənizdə batmaqdan xilas olundu, biri axtarılır

12-nefer-denizde-batmaqdan-xilas-olundu-biri-axtarilir
Oxunma sayı: 1393

Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) batıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Bundan başqa, bu gün Bilgəh, Mərdəkan, Pirşağı və Şüvəlan sularda xilasetmə məntəqələrinin ərazisində batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub.