120 milyon sərvəti olmuş Perrinin vəsiyyəti açıqlandı

120-milyon-serveti-olmus-perrinin-vesiyyeti-aciqlandi
Oxunma sayı: 3870

Dünyaca məşhur aktyor Metyu Perrinin vəsiyyəti məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Bildirilib ki, o, narkomaniyadan əziyyət çəkən insanlara kömək edən fonda 1 milyon dollardan çox məbləğdə pul miras qoyub. Vəsiyyətnamənin icraçıları kimi keçmiş həyat yoldaşları, atası, anası, ögey bacısı və keçmiş voleybolçu sevgilisi var.

Qeyd edək ki, M. Perrinin sərvəti 120 milyon dollar qiymətləndirilir. O, ötən il oktyabrın 28-də 54 yaşında vəfat edib. Aktyorun ketaminin kəskin təsirindən öldüyü açıqlanmışdı.