13 yaşlı oğlanı maşın vurub öldürdü

13-yasli-oglani-masin-vurub-oldurdu
Oxunma sayı: 3935

Gədəbəydə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Kiçid Qaramurad kəndi ərazisində baş verib.

“KİA” markalı avtomobil kənd yolu ilə hərəkət edərkən qəfil qarşısına çıxan 13 yaşlı Elmir Nağıyevi vurub. Yeniyetmə hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.