17 gün sonra xilas edildilər

17-gun-sonra-xilas-edildiler
Oxunma sayı: 2312

Hindistanın şimalındakı Uttarxand ştatında qismən çökmüş tuneldən bütün işçilər 17 gün sonra xilas edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ani agentliyi məlumat yayıb.

“Silkjara tunelində qapalı vəziyyətdə qalan 41 işçi uğurla xilas edilib”, - məlumatda deyilir.

Qeyd edək ki, noyabrın 12-də Hindistanın şimalında tunel qismən çöküb. 17 gün ərzində orada 41 inşaat işçisi olub. Xilasedicilər bütün bu müddət ərzində əlaqə saxlayıb, uçan torpaqda xüsusi boru vasitəsilə işçilərə ərzaq, su və oksigen ötürüblər.

Xilasetmə işləri dağıntıların olması və daha da dağılma riski səbəbindən çətinləşib.