17 yaşlı oyunçu “Real”ın əsas heyətində olacaq

17-yasli-oyuncu-realin-esas-heyetinde-olacaq
Oxunma sayı: 2550

“Palmeyras”ın hücumçusu 17 yaşlı Endrik “Real”ın əsas heyətində yer alacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

Onun sözlərinə görə, Endrik iyulun 1-dən “Real”ın əsas komandasına qoşulacaq. 

Qeyd edək ki, braziliyalı forvard üçün “Palmeyras”a 45 milyon avro ödənilib. Endrik Braziliya klubunun heyətində meydana çıxdığı 67 matçda 19 qol və 2 məhsuldar ötürmə edib.