18 yaşlı oğlanı stadionda cərəyan vurub öldürdü

18-yasli-oglani-stadionda-cereyan-vurub-oldurdu
Oxunma sayı: 2022

Ağstafa rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 10-u saat 18 radələrində 2006-cı il təvəllüdlü Elvin Həsənzadənin Ağstafa rayonunun Vurğun qəsəbəsində yerləşən stadionda ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

İlkin araşdırma zamanı Elvin Həsənzadənin hündürlükdən keçən elektrik naqilinə dəmir boru ilə toxunması nəticəsində cərəyanın təsirindən ölməsi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.