19 yaşlı tələbə dərmandan zəhərləndi - Yenilənib

19-yasli-telebe-dermandan-zeherlendi
Oxunma sayı: 684

Ağdamda 19 yaşlı tələbə dərmandan zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Belə ki, Ayşən Qorxmaz qızı Əliyeva qəbul etdiyi dərman vasitəsindən zəhərlənib.

O, Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, A.Əliyeva Biləsuvar rayon sakinidir və hazırda Ağdam Dövlət Sosial-İqtisadi Kollecində təhsil alır. 

Faktla bağlı araşdırma aparılır.

***

Ağdam Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 15:10 radələrində 1 nəfər (qadın) zəhərlənmə şübhəsilə xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “2007-ci il təvəllüdlü şəxsə dərman vasitələrinin yaratdığı toksiki effekt diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti kafi qiymətləndirilir”.

Ziya Əmirxanlı