“200 hərbçi Qəzzada atəşkəsə nəzarət edəcək”

200-herbci-qezzada-ateskese-nezaret-edecek
Oxunma sayı: 1567

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens HƏMAS tərəfindən saxlanılan israilli girovların yaxın saatlarda azad olunmasının gözlənildiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “NBC News”a müsahibəsində söyləyib.

C. D. Vens qeyd edib ki, bu proses istənilən anda baş verə bilər:

“Biz onların növbəti 24 saat ərzində azad ediləcəyini gözləyirik”.

O, eyni zamanda bildirib ki, İsraildə yerləşdiriləcək 200 amerikalı hərbçi yalnız Qəzzadakı atəşkəs rejiminin monitorinqi üçün nəzərdə tutulub və onların döyüş əməliyyatlarında iştirakı planlaşdırılmır:

“Bizim məqsədimiz atəşkəsin qorunmasına nəzarət etmək, israilli qüvvələrin razılaşdırılmış xətti pozmamasını və HƏMAS tərəfindən mülki şəxslərə hücumların qarşısının alınmasını təmin etməkdir. ABŞ-nin Qəzzada hərbi əməliyyatlara qoşulmaq niyyəti yoxdur”.