2024-ün önəmli texnoloji trendləri nələr olacaq?

2024-un-onemli-texnoloji-trendleri-neler-olacaq
Oxunma sayı: 2255

Texnologiya dünyasında 2023-cü il süni intellektin əsas istiqamətə çevrildiyi il kimi yadda qalacaq. Süni intellekt sistemləri mükəmməl olmasa da, tez bir zamanda müxtəlif məzmunlar istehsal etməyi bacardı.

Bəs, 2024-cü ildə hansı texnoloji yeniliklər, daha doğrusu trendlər gözlənilir?

“Qafqazinfo” BBC-yə istinadən yeni ildə gözlənilən trendləri təqdim edir:

Daha güclü süni intellekt modeli

“Microsoft”un dəstəklədiyi ChatGPT-nin 2022-ci ilin sonunda istifadəyə verilməsi ilə bu sahədə bir çox yeni rəqiblər meydana çıxdı. Rəqabət mühitində isə ən mühüm inkişaflardan biri Google-un ana şirkəti Alphabet-in söhbət botu və axtarış sistemi də daxil olmaqla, onun müxtəlif məhsullarına inteqrasiya ediləcək Gemini adlı süni intellekt modelini təqdim etməsi olub. Lakin bununla belə, ChatGPT-nin istehsalçısı OpenAI proqramın daha güclü versiyasının 2024-cü ildə gələcəyini vəd edir.

Bu arada, investorlar növbəti böyük oyunçunu tapmaq ümidi ilə bu sahəyə külli miqdarda sərmayə yatırımını davam edirlər. Qeyd edək ki, 2022-ci ildə ümumi investisiya 5,1 milyard dollar olub.

Elektrik avtomobil şoku

“Schmidt” avtomobil araşdırma şirkətinin hesablamalarına görə, Böyük Britaniya Almaniyadan sonra ən çox elektrik avtomobil istehsal edən ikinci ölkə olacaq. Bu da ümumilikdə 2024-cü ildə elektrikli avtomobillərin istehsal yükünün xeyli artacağını deməyə əsas verir. Lakin gələn il istehsalçılar üçün çətin il olacağı gözlənilir. Çünki Almaniya və Norveç kimi istehsalçı ölkələr bazarda ənənəvi rəqabətini davam etdirməklə, digər şirkətlərin emal və satış gücünü zəiflədirlər.

Fabrikdə işləyə bilən insanabənzər robotlar

İnsanabənzər robotlar gələn il daha faydalı ola bilər. Tesla mühəndisləri ümid edirlər ki, onların Optimus adlı insanabənzər robotu yaxın gələcəkdə əsas fabrik işlərini görəcək.

İlon Mask hətta bu il Optimus adlı robotun 2024-cü ildə Tesla fabrikində işləmək qabiliyyətinə sahib olacağını açıqlayıb:

“Faydalı olduğunu sübut etmək üçün əvvəlcə öz zavodlarımızda sınaqdan keçirəcəyik. Bununla belə, məncə, gələn il fabriklərimizdə faydalı uğurlar əldə edəcəyik. Bunu yüksək inamla deyirəm”.

Tesla-nın insanabənzər robotları ilə çoxlu rəqibləri də var. Bir çox şirkət hələ də gündəlik tapşırıqları öyrənən robotlar hazırlayırlar. Hətta Amazon öz anbarlarında insanabənzər robotları sınaqdan keçirir. “Digit” adlanan robot insan kimi hərəkət edə və obyektlərlə qarşılıqlı əlaqə qura bilir. Həmçinin, “Canada Sanctuary” şirkəti Phoenix adlı robotunu qablaşdırma kimi müəyyən vəzifələri yerinə yetirmək üçün öyrədir. 2024-cü ildə isə Phoenix-in görə biləcəyi işlərin sayını artırmaq planlaşdırılır.

Arıqlamaq yarışı

Əczaçılıq dünyasında arıqlamaq üçün hazırlanan dərmanlar o qədər sürətlə satılır ki, onun istehsalçısı tələbi ödəmə təklifini tamamlaya bilmir. Tələb təklifi ötür.

Lakin Wegovy adı ilə yenidən satışa çıxarılan arıqlama dərmanı (semaqlutid) böyük uğur qazanıb. Bununla da onun istehsalçısı Novo Nordisk Avropanın ən qiymətli şirkəti olmağı bacarıb.

Hazırkı formada Wegovy həftədə bir dəfə tətbiq edilir, lakin həb versiyası da hazır olmaq üzrədir. Novo Nordisk bunun nə vaxt mövcud olacağını söyləməsə də, proseslər gələn il üçün gözlənti doğurur.