28 Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə qaytarıldı

28-azerbaycan-vetendasi-almaniyadan-olkeye-qaytarildi
Oxunma sayı: 2427

Bu gün “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində 28 nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib. 

Dövlət Miqrasiya Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edilir ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.