2,8 milyon dollarlıq sərvətini ev heyvanlarına vəsiyyət etdi

28-milyon-dollarliq-servetini-ev-heyvanlarina-vesiyyet-etdi
Oxunma sayı: 1826

Çinin Şanxay vilayətində yaşayan Liu adlı qadın 2,8 milyon dollarlıq sərvətini uşaqlarının əvəzinə pişik və itlərinə miras qoymaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı NTV məlumat yayıb.

Çində heyvanlara birbaşa mirasın qarşısını alan hüquqi çətinliklər səbəbindən mirasın idarəçisi olaraq yerli baytarlıq klinikası təyin edilib:

“Liu bütün mirasını ev heyvanlarına buraxmaq istəyirdi, lakin bu, Çində qanuni deyil”.

Məlumatda deyilir ki, yaşlı qadının bu addımı atmasına səbəb uşaqlarının ona heç vaxt baş çəkməməsidir.