3-cü dəfə ərə getdi - Fotolar

3-cu-defe-ere-getdi
Oxunma sayı: 4501

Ukraynalı müğənni-aktrisa, “VİA Qra” qrupunun keçmiş solisti Anna Sedokova üçüncü dəfə ailə həyatı qurub. “Qafqazinfo” “Tolko nikomu” teleqram kanalına istinadən bildirir ki, 37 yaşlı sənətçi 28 yaşlı latviyalı basketbolçu Yanis Timmaya ərə gedib.

Mərasimin özü sentyabrın 6-da keçirilsə də, müğənni yalnız indi bu barədə danışmaq qərarına gəlib.

İdmançı üçün bu nikah ikinci olub. Anna ilə Yanisin sevgi romanı hələ sonuncunun Sana adlı qadınla rəsmi nikahda olduğu vaxt başlayıb. Baksetbolçudan 2 yaşlı oğlu olan Sananın sözlərinə görə, onların ailəsini məhz Sedokova dağıdıb, müğənni isə bunu inkar edib.

Anna Sedokova isə mərhum futbolçu Valentin Belkeviçlə ailəli olub. Müğənninin ondan 15 yaşlı Alina adlı qızı var. Sedokovanın ikinci həyat yoldaşı biznesmen Maksim Çernyavski olub. Bu evlilikdən onların Monika adlı qızları dünyaya gəlib. İyul ayında 9 yaşı tamam olan qız atası ilə ABŞ-da yaşayır. Anna, həmçinin biznesmen Artyom Komarovdan dünyaya gətirdiyi üç yaşlı Qektor adlı oğlunu böyüdür. Komarovdan müğənni doğuşdan qısa müddət sonra ayrılıb.