3-cü kurs tələbəsi niyə intihar edib? - “Yaman çox darıxıram”

3-cu-kurs-telebesi-niye-intihar-edib
Oxunma sayı: 1605

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi Bəşirov Sədinin intiharının bəzi təfərrüatları məlum olub.

"Qafqazinfo" xəbər verirki, Masallı rayonunun Şərəfə kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Sədi intihar etməzdən əvvəl yaxın qohumuna zəng edərək darıxdığını bildirib:

“Hadisə ayın 26-da, günorta saatlarında baş verib. O qohumuna deyib ki, “yaman çox darıxıram”, səninlə görüşmək istəyirəm. Qohumu da onun dediyi yerə gedib. Lakin, onunla görüşdüyü, yoxsa artıq görüşəndə onun intihar etdiyi dəqiq məlum deyil. Sədigilin ailəsi köklü, hörmətli ailədir. Ona görə, nəsə demək çətindir. Onun əvvəllər avara uşaqlara qoşulduğu deyilir. Amma, ailəsi onun qarşısını ala bilmişdi, hər şey yaxşı idi. Birdən-birə oldu”.

Masallı rayonunun Şərəfə kəndində intihar hadisəsi baş verib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi Bəşirov Sədi özünü asıb.