3 hərbçiyə general-mayor rütbəsi verildi - Sərəncam

3-herbciye-general-mayor-rutbesi-verildi
Oxunma sayı: 14913

Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik Fərid Əlibaba oğlu Əliyevə;

polkovnik Namiq Süleyman oğlu Bayramova;

polkovnik Müşfiq Xıdır oğlu Məmmədova.