3 nəfərin güllələndiyi hadisəyə görə azərbaycanlı da tutuldu - Foto

3-neferin-gullelendiyi-hadiseye-gore-azerbaycanli-da-tutuldu
Oxunma sayı: 1403

Martın 27-də Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində Ömerağa məhəlləsində 3 nəfərin güllələnərək öldürüldüyü hadisənin istintaqı davam etdirilir.

“Qafqazinfo” yerli mediaya istinadən xəbər verir ki, əyləncə mərkəzindəki cinayətlə bağlı ümumilikdə 9 nəfər saxlanılıb.

Əyləncə mərkəzinin 42 yaşlı sahibi Volkan Berberoğlu, yoldan təsadüfən keçən 49 yaşlı Cemil Özer və təqaüddə olan polis Talip Çakırın öldürüldüyü hadisəni törədən şəxslərin kimliyi hələlik açıqlanmır.

Bildirilib ki, avtomobillə hadisə yerinə yaxınlaşan şəxslər qəfil atəş açmağa başlayıblar. Gülləbaran nəticəsində 3 nəfər yerindəcə ölüb.

Polis dərhal kameraları araşdırmağa başlayıb və həmin şəxslərin hadisə yerindən 950 metr aralıda yerləşən dönərxanada oturduqları üzə çıxıb. Onlar daha sonra İstanbula doğru hərəkət ediblər.

Cinayətkar qruplaşmada iştirak edən Azərbaycan vətəndaşı da daxil olmaqla 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.