“30 %-ə qədər alternativ enerji mənbələrinin yaradılması hədəflənib”

30-e-qeder-alternativ-enerji-menbelerinin-yaradilmasi-hedeflenib
Oxunma sayı: 1326

“Azərbaycanın neft-qaz ölkəsi olaraq iqlim gündəliyini necə apara biləcəyi ilə bağlı suallar var. Mən hesab edirəm ki, Azərbaycan bu iqlim gündəliyini müəyyən edəcək. Bununla bağlı gözəl imkanlar var”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə COP29 Azərbaycan Sədrliyinin ilk mətbuat konfransında COP29-un prezidenti Muxtar Babayev jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Azərbaycan tarixən neft ölkəsidir. Bu konfrans yaşıl artım proqramlarının icrasının mümkünlüyü baxımından bizim üçün gözəl fürsət olacaq. Azərbaycan bununla bağlı digər neft və qaz ölkələri üçün də bir örnəkdir. 30 faizə qədər alternativ enerji mənbələrinin yaradılması hədəflənib. Bakı forumu bunun üçün çox yaxşı imkan olacaq”, - o əlavə edib.

Gülnar Əliyeva