30 hərbçi meyiti və iki mülki şəxs Ermənistana təhvil verildi

30 hərbçi meyiti və iki mülki şəxs Ermənistana təhvil verildi
Oxunma sayı: 8910

Azərbaycan 30-a yaxın hərbçinin meyitini və iki mülki şəxsi Ermənistana təhvil verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə hazırda Bərdə-Tərtər zonasında olan Prezidentin köməkçisi Hikmət Hacıyev məlumat verib.

H.Hacıyev bildirib ki, Ermənistan bu məsələdə xoş niyyət göstərmirdi. Biz bu xüsusda Rusiya Müdafiə Nazirliyinin, şəxsən Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk:

"Rusiyanın bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və öz əsgərlərinin meyitlərinin və vətəndaşlarının qəbul edilməsinə razılıq verib. İndilərdə bu əməliyyat başa çatdı".

Emin Səfərov