Samuxda 39 yaşlı qadın bıçaqlanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü S. Abbasova və Daşkəsən rayon sakini 1993-cü il təvəllüdlü Elşən Əsgərov qarının kəsici-deşici yarası ilə xəstəxanaya yerləşdirilib.
Qadına tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
İlkin məlumata görə, hadisəni törətməkdə S.Abbasovanın qardaşı şübhəli bilinir.
Faktla bağlı Samux rayon Polis İdarəsi tərəfindən araşdırma başlanılıb.
***
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində E.Əsgərova və S.Abbasovaya kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 35 yaşlı İsrəfil Əliyev saxlanılıb. Araşdırmalar davam etdirilir.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər