47 illik üzvlüyə son

47-illik-uzvluye-son
Oxunma sayı: 1785

Böyük Britaniya Avropa İttifaqını rəsmən tərk edib.

“Qafqazinfo”nun məlumatına görə, yanvarın 31-də yerli vaxtla saat 23:00-da (Bakı vaxtı ilə fevralın 1-də saat 03:00-da) Aİ-ni tərk edən Böyük Britaniyada 11 aylıq keçid dövrü başlayıb.

Ölkə 47 il bu İttifaqın tərkibində olub, lakin Avropaya tam inteqrasiya olunmayıb: Birləşmiş Krallıq öz valyutasını qoruyub saxlayıb və Şenqenə daxil olmayıb.