5 yaşlı uşaq hovuzda boğuldu

5-yasli-usaq-hovuzda-boguldu
Oxunma sayı: 2861

Ucarda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən rayonun Qaradağlı kəndində 5 yaşlı Rüfət İsmayılov su hovuzuna düşərək boğulub.

Belə ki, o, ehtiyatsızlıqdan yaşadığı evin həyətindəki su ilə dolu hovuza düşüb. Yaxınları hadisədən xəbər tutduqda artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.