“Fənərbaxça” onunla yollarını ayırdı

fenerbaxca-onunla-yollarini-ayirdi
Oxunma sayı: 429

“Fənərbaxça” klubu təcrübəli hücumçusu Cenk Tosunla yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilməsi barədə Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi bildiriş göndərib.

“Beşiktaş”dan ayrıldıqdan sonra 2024-cü ildə azad agent statusu ilə “sarı-lacivərdlilər”ə qoşulan, lakin son vaxtlar əsas heyətdən kənarda qalan Cenk Tosunun yeni ünvanı da artıq bəllidir. Təcrübəli forvardın qısa zamanda Emre Belözoğlunun baş məşqçi olduğu “Kasımpaşa” ilə müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, “Kasımpaşa” qış transfer pəncərəsində heyətini ciddi şəkildə gücləndirir. Komanda daha əvvəl İrfan Can Kahveci və Kerem Demirbayı transfer etmişdi.