İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində aparılan əməliyyatlar davam edir.
“Qafqazinfo” xəbər verir ki, aparılan axtarışlar zamanı müxtəlif narkotik maddələr və cinayət elementləri müsadirə edilib.
Əməliyyat zamanı Murat Gülibrahimoğlunun sevgilisi Rabia Karaca, modelyer Rabia Yaman, “Les Benjamins”in rejissoru Zohaer Majhadi, “Miss Turkey” qalibi Buse İskenderoğlu, sosial media fenomeni Dilara Ege Çevik və Suma Han gecə klubunun sahibi Cengiz Can Atasoy da daxil olmaqla 15 nəfərin kokain testi müsbət çıxıb.
Məşhur simalardan menecer Haluk Şentürk, Süzer Holdinq İdarə Heyətinin üzvü Əli Baran Süzer, “thebacim” kimi tanınan Şebnem İnan, sosial media fenomeni Nilay Didem Kılavuz və Ömər Can Kılıçın isə nəticələri mənfi çıxıb.
Son xəbərlər
Son Xəbərlər